Ə.Əliyev adına ADHTİ-da «Qeyri-infeksion xəstəliklərin profilaktikası» beynəlxalq elmi-praktiki konfransı keçiriləcəkdir
18.11.2019
2019-cu ilin noyabr ayının 22-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin Profilaktik Təbabət Milli Tibbi Tədqiqat Mərkəzi ilə birlikdə «Qeyri-infeksion xəstəliklərin profilaktikası» mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirəcəklər. Tədbirdə Moskva şəhərindən Tədqiqat Mərkəzinin əməkdaşları M.N.Mamedov, D.V.Nebieridze, Y.A.Balanova, N.M.Axmedjanov və Ə.Əliyev adına ADHTİ-nun işçiləri Valeh Mirzəzadə, İ.Mustafayev, N.Fərəcova, S. Mehdiyev müxtəlif qeyri-infeksion xəstəliklərin aktual problemlərini müzakirəyə çıxardacaqlar.
Konfrans 2019-cu ilin noyabr ayının 22-də saat 9:00-da Ə.Əliyev adına ADHTİ-nun akt zalında keçiriləcəkdir.