Perio & Caries beynəlxalq lahiyəsi Azərbaycan dilində tərtib edilmişdir

18.11.2019

Perio&Caries lahiyəsi Avropa Parodontologiya Federasiyası (EFP) və Avropa Kariyes Tədqiqat Təşkilatının (ORCA) birqə təşkilatçılığı ilə keçirilən Avropa Parodontologiya Qurultayında dişlərin kariyesi və parodont xəstəlikləri arasındakı vacib məqamlarının konsensus hesabatından ibarətdir. Diş əti xəstəlikləri və dişlərin kariyesi ortaq genetik, etioloji və ekoloji amillərə malik olsalar da, müxtəlif trayektoriyalarla inkişaf edirlər. Bu layihənin məramı müəyyən edilən bu oxşarlıqların aşkar edilməsinə, hər bir xəstəliyin xüsusiyyətlərinin araşdırılmasına, hər iki hal üçün ayrı-ayrılıqda şəxslərə və ümumi əhali qruplarına profilaktik məsləhətlərin verilməsinə yönəldilmişdir.
Perio & Caries lahiyəsinin mühüm nəticələri aşağıdakılardan ibarətdir:
• Həm kariyes, həm də parodont xəstəliyi ilə əlaqədar mikroorqanizmlər metabolik olaraq çoxnövlüdür və diş ərpləri kimi yüksək səviyyədə təşkil olunmuşlar.
• Bu xəstəliklərin inkişaf etməsi müxtəlif stress amillərinin yaratdığı çoxsaylı mikrobların təsiri ilə sıx əlaqədardır. Kariyes zamanı qida şəkərinin və orqanik turşuların fermentasiyası asidogen və turş maddələrin miqdarının artmasına səbəb olur. Gingivitlərdə isə, diş əti kənarında ərpin toplanması iltihaba və proteolitik və çox zaman anareob bakteriya növlərinin yaranmasına səbəb olur.
• Parodont xəstəlikləri və kariyesə meyillikdə genetik amilin böyük rolunun olmasına dair güclü dəlillər mövcuddur və nisbi risk səviyyəsi 50% olaraq qiymətləndirilir.
• Bütün dünyada kariyesin və parodont xəstəliklərinin yayılma səviyyəsində azalma müşahidə olunsa da, əhali sayının artması ilə yanaşı ağızda mövcud dişlərin daha uzun müddət qalması bu xəstəliklərin daha da proqressivləşməsinə səbəb olur.
Parodont xəstəlikləri və kariyesin səbəblərini, risk və təsir amillərini, profilaktikasını və bu iki patologiyanın arasındakı əlaqənin vacib məqamlarını təhlil edən bu lahiyə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosentləri Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli və vitse-prezidenti Rəhim Qarayev və Azərbaycan Tibb Universitetinin terapevtik stomatologiya kafedrasının assistenti,Cəmiyyətin lahiyələr koordinatoru, t.ü.f.d. Hənifə Musayeva tərəfindən stomatoloqlar, tibb mütəxəssisləri və ictimaiyyət üçün Azərbaycan dilinə tərcümə olunaraq tərtib edilmişdir.

https://www.perio.az/periokaries



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX