4 oktyabr - 14 oktyabr 2019-cu il tarixində Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrası Davamlı Tibbi Təhsil programına uyğun olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasında pediatrlar və terapevtlər üçün “Ailə həkimləri praktikasinda qeyri-infeksion xəstəlikıərin erkən diaqnostikası,müalicəsi və profilaktikası,” mövzusunda səyyari kurs keçirmişdir. Kursda Lənkəran şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarından olan həkim-terapevt, pediatrlar, məntəgə mudirləri və kənd səhə xəstəxanalarının həkimləri də iştirak etmişlər. Kursun əsas məqsədi qeyri-infeksion xəstəliklərin düzgün muayinəsi, diaqnostikası və mualicə prinsiplərini həkimlərə çatdıraraq onların bilik və bacarıqlarını artırmaq idi.
Lənkəran şəhərində ailə təbabəti kafedrasının mudiri dosent Eldar Hətəmzadə və dosent Aydın Zeynalov kursun səyyari hissəsinin proramına aid olan mühazirələri həkimlərə oxumuş və Lənkəran Rayon Mərkəzi Xəstəxanasında stasionar mualicədə olan xəstələrin yataqları yanında müdavimlərə praktik məşgələlər keçmişlər. Kursun distant hissəsinin proramına aid olan mühazirələr isə Bakı şəhərindən ailə təbabəti kafedrasının əməkdaşları professor İsfəndiyar Ələkbərov, assistentlər Şəfayət Verdiyeva, İlahə Rəsul, Dinar Qəhrəmanova və institutun otorinolarinqologiya kafedrasının dosenti Akif Əfəndiyev tərəfindən "online" rejimində müdavimlərə təqdim olunmuşdur. Mühazirə və treninqlər həkimlər tərəfindən böyük maraqla qarşılanmışdır.