Belarusiya Diplomdansonrakı Təhsil Akademiyasının nümayəndə heyəti ilə görüş keçirildi

07.11.2019

Son illərdə Respublikamızda bütün sahələrdə olduğu kimi səhiyyədədə köklü pozitiv dəyişikliklər baş verir. Hazırkı dövrdə ən vacib məsələlərdən biri də əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətini yüksəldərək dünya standartlarına çatdırmaqdır. Belə bir şəraitdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu öz işini müasir tələblərə uyğun qurmağa çalışır. İnstitumuzda aparılan tədrisin keyfiyyətini artırmaq məqsədilə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Ə.Əliyev adına ADHTİ ilə Belarusiya Diplomdansonrakı Təhsil Akademiyası arasında təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində memorandum imzalanmış və bu əməkdaşlıq intensiv şəkildə və müxtəlif istiqamətlərdə davam edir.
Ölkəmizdə səfərdə olan Belarusiya Diplomdansonrakı Təhsil Akademiyasının nümayəndə heyəti ilə Ə.Əliyev adına ADHTİ-də görüş keçirildi. Nümayəndə heyətinin tərkibinə həmin Akademiyanın prorektoru A.V.Platonov və dekanı Y.P.Vorobyovadan başqa Belarusiya "Respublika Travmatologiya və Ortopediya Elmi-Praktik Mərkəzi" Dövlət Müəssisəsinin direktoru professor M.A.Gerasimenko da daxil idi.Görüşdə Ə.Əliyev adına ADHTİ-nun rektoru professor N.A.Qasımov çıxış edərək müəssisələrimiz arasında get-gedə genişlənən əlaqələrdən danışdı və gələcəkdə bu işləri artırmaq üçün böyük potensialın olduğunu qeyd etdi.Belarusiyalı qonaqlar da bu əlaqələrin genişlənməsində böyük maraqları olduğunu nəzərə çatdırdılar.
Görüşün sonunda Ə.Əliyev adına ADHTİ ilə Belarusiya Diplomdansonrakı Təhsil Akademiyası arasında qarşılıqlı əlaqələr haqqında bağlanmış memorandumun müddəti daha 3 il artırılaraq 2022-ci ilə qədər uzadıldı.Eyni zamanda Ə.Əliyev adına ADHTİ ilə Belarusiya "Respublika Travmatologiya və Ortopediya Elmi-Praktik Mərkəzi" Dövlət Müəssisəsi arasında da əməkdaşlıq haqqında saziş bağlandı.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX