Rusiyanın Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Stomatologiya və Üz-çənə Cərrahiyyəsi İnstitutu və Rusiya Stomatoloji Assosiasiyasının təşkilatçılığı ilə “Parodontologiya və implantologiyada yumşaq və sərt toxumaların reqenerasiyası: müasir cərrahi və estetik aspektlər” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.
Bu tədbirdə dəvətli çıxışçı kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli “Diş əti çəkilmələrinin müasir parodontoloji cərrahiyyəsi: kliniki praktikada müvəfəqiyyət amilləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraq ilə qarşılanmış və interaktiv müzakirələrin aparılması ilə nəticələnmişdir.