22-27 oktyabr 2019-cu il tarixində Antaliyanın Bələk şəhərində 29-cu Milli Türk Ortopediya və Travmatologiya Konqresi kecirildi. Həmin konqresdə dünyanın bir çox ölkələrindən gəlmiş travmatoloq və ortopedlər bilik və təcrübələri ilə bölüşüb, problemlərin həll yollarını müzakirə etdilər.
Konqresin əsas məqsədi təcrübəni ən yeni elmi nəzəriyyələr ilə birləşdirməkdən ibarət idi. İştirakçılar Türkiyədə və xaricdə çalışan təcrübəli təlimçilərin rəhbərliyi ilə təşkil olunmuş treninqlərdə qarşılaşdıqları problemləri həll etmək yollarını öyrəndilər.
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatoloqiya və ortopediya kafedrasının assistenti İnar Seidov ölkəmizdən gedən nümayəndə heyətinin tərkibində bu konqresdə fəal iştirakçı kimi çıxış etmişdir.