Salyanda pediatrlar üçün səyyar kurs təşkil olundu

28.10.2019

2019-cu il 21-25 oktyabr tarixində Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası tədris təqvim planına uyğun olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasında pediatrlar üçün “Təxirəsalınmaz pediatriya” mövzusunda səyyari kurs keçirmişdir. Kursda Salyan və Neftçalada fəaliyyət göstərən sahə pediatrları, neonatoloqlar, kənd tibb məntəqələrinin ailə həkimləri iştirak etmişlər.
Kursun əsas məqsədi uşaqlarda təxirəsalınmaz vəziyyətlərdə yardımın təşkil prinsipləri, təxirəsalınmaz vəziyyətlərdə diaqnostika və tibbi yardımın həyata keçirilməsi məsələləri ilə həkimlərin bilik və bacarıqlarını artırmaq idi. Bununla yanaşı müdavimlərə təxirəsalınmaz vəziyyətlərin qarşısının alınması barədə məlumatlar da təqdim edilmişdir.
Kursun mühazirə və praktik məşğələləri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının əməkdaşlərı-professor Aslan Həsənov, dosentlər Mətanət Qaraxanova, Fəxrəddin Qarayev və Sənubər Vəliyeva tərəfindən aparılmışdır.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX