Əməkdaşımız Moskvada keçirilən “Rusiya qastroenteroloji həftəsi” konqresində diplom almışdır
23.10.2019
Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının dosenti Gülüstan Babayeva 2019-cu ilin oktyabr ayında Moskva şəhərində keçirilən 25-ci yubiley “Rusiya qastroenteroloji həftəsi” adlı illik kongresdə iştirak etmişdir. Tədbirə 30-dan artıq ölkə, 1000-dən çox iştirakcı qatılmış idi. Elmi program 335 cıxış və 90 poster prezentasiyası ilə təqdim edilmişdi. Əməkdaşımız bu tədbirdə elmi programa daxil olan 3 cıxış və 1 poster təqdimatı ilə iştirak etmişdir. O, bağırsağın iltihabi xəstəlikləri sessiyasında “Частота выявляемости некоторых вирусных инфекций у больных с ВЗК”, qastroenterologiyada kanseroprevensiyanın təşkili, erkən aşkarlanma və skrininq sessiyasında “Частота выявляемости ТМ2 пируваткиназы у больных с ВЗК”, eksperimental qastroenterologiya sessiyasında isə “Атерогенез у больных с ВЗК” аdlı cıxışları ilə dinləyicilərdə maraq doğurmuşdur.
Dosent G.Babayevanın Milli Onkologiya Mərkəzinin əməkdaşları R.İ.Məmmədov və A.R.Əliyev ilə birgə hazırladığı “Роль ЭУС-а в диагностике рака желудка” adlı poster prezentasiyası isə kongresə təqdim edilmiş elmi-tədqiqat işləri arasında 3-cü yerə secilərək diplom ilə təltif edilmişdir.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.