Özbəkistan nümayəndə heyəti Ə.Əliyev adına ADHTİ-da təhsil sistemi ilə tanış olublar
15.10.2019
Özbəkistan Səhiyyə Nazirliyi nümayəndə heyəti ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda görüş keçirildi. Həmin Nazirliyin Elm və Təhsil Müəssisələri idarəsinin rəisi professor Uktam İsmailov səfərin məqsədi haqqında məlumat verib bildirdi ki, Azərbaycanda diplomdan sonrakı tibb təhsilinin strukturu ilə tanış olmaq, faydalı təcrübələri Özbəkistanda tətbiq etmək niyyətindədirlər. Qonaq Ə.Əliyev adına ADHTİ ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi və ortaq layihələrin işlənib hazırlanmasında maraqlı olduqlarını qeyd etdi. Ölkəmizdə tətbiq olunan Davamlı Tibb Təhsili sistemində çox faydalı elementlərin olması Özbəkistanlı qonaqları maraqlandırdı.
Ə.Əliyev adına ADHTİ-nin rektoru, professor Nazim Qasımov çıxış edib institutda diplomdan sonrakı tibb təhsili, rezidentura təhsili və aparılan elmi araşdırmalar haqqında qonaqlara ətraflı məlumat verdi. Bir daha qeyd olundu ki, müəssisələrimiz arasında qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanması gələcəkdə daha geniş əlaqələr üçün şərait yaradar.
Görüşdə qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün atılması zəruri olan addımlar müzakirə olundu.
Ə.Əliyev adına ADHTİ-nin prorektorları dosent Təyyar Eyvazov və dosent Məmmədəli Meybəliyev görüşdə iştirak etmişlər.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.