Şəki şəhərində "Şüa diaqnostikasının aktual məsələləri” mövzusunda səyyari kurs keçirildi

23.05.2019

2019-cu ilin may ayında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrası Şəki Mərkəzi rayon xəstəxanasında "Şüa diaqnostikasının aktual məsələləri” mövzusunda səyyari kurs keçirmişdir. Kursda Şəki şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı yaxın bölgələrdən olan 14 nəfər şüa diaqnostikası həkimləri iştirak etmişlər. Kursun əsas məqsədi müdavimləri şüa diaqnostikasının aktual məsələləri ilə tanış etmək, onların xəstəliklər və onların erkən aşkarlanmasına dair bilik və praktik bacarıqlarının təkmilləşdirilməsi olmuşdur. Dərslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının müdiri, dosent Fəridə Nəsirovanın rəhbərliyi ilə kafedranın müəllim heyəti tərəfindən aparılmışdır. 8 günlük kursun axırında həkim-müdavimlər kurs çərçivəsində keçirilən mövzulardan məmnun qaldıqlarını bildirmiş və belə kursların davamının olmasını arzu etmişlər.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX