Hindistanın Heyderabad şəhərində “Noseplasty 2019” sımpoziumu keçirilmişdir. Bu toplantıda 100-ə yaxın plastik cərrah iştirak etmişdir. Kursun direktoru Dr.Venkata Ramana Yamani idi. Ölkəmizi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının assıstenti t.ü.f.d. Məzahir Quliyev təmsil etmişdir.
Toplantıda müxtəlif burun problemlərinin həllinə müasir yanaşma, o cümlədən qalın dərili burunlara yanaşma ilə əlaqədar video materiallarla birlikdə təqdimatlar və müzakirələr aparılmışdır. Tədbirin qonaq məruzəçilərindən biri də t.ü.f.d. Məzahir Quliyev idi. O, məruzəsində rinoplasrika əməliyyatlarını təkmilləşdirmək üçün hazırladığı alətləri və metodikalərı təqdim etmişdir. Məruzəçinin piezo üsulu ilə osteotomiyalarda yaranan çətinliklərdən uzaq olmaq üçün təklif etdiyi metodika, əyri burunların düzəldilməsinə aid metodika dınləyicilər arasında maraq doğurdu. Həmçinin burun çəpərində olan perforasiyaların qapadılması üçün təklif etdiyi alət haqqında məlumat və video material da simpozium iştirakçılarının marağına səbəb oldu və aktiv müzakirə edildi.
Əməkdaşımız gələn il keçiriləcək simpoziuma da dəvət olundu.