Antibiotiklərə qarşı davamlılıq (AQD) üzrə Qlobal Fəaliyyət Planı 2015-ci ilin may ayında 68-ci Dünya Sağlamlıq Assambleyasında qəbul edilmişdir. Bu planın vacib elementləri AQD üzrə milli tədbirlər planın hazırlanması, antibiotiklərin istehsalına və onlara qrşı davamlılığa nəzəratin gücləndirilməsi, infeksiyaların gedişatına və profilaktikasına nəzarətin gücləndirilməsidir. Azərbaycan Mərkəzi Asiya və Şərqi Avropanın Antibiotiklərə Qarşı Davamlılığa Nəzarət şəbəkəsinin üzvüdür. Bu strateji fəaliyyət planı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisinin nümayəndələrindən ibarət işçi qrup ölkəyə səfər etmişdir. Səfərin məqsədi AQD-nın Azərbaycandakı işçi qrupuna Milli Tədbirlər Planının hazırlanmasında köməklik etmək idi.
16 may 2019-cu il tarixində səfər çərçivəsində Milli AQD fəaliyyət planının işlənib hazırlanmasına dair dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Səhiyyə Nazirliyi, Dövlət Baytarlıq Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, İcbarı Sığorta Agentliyi, Ə.Əliyev adına ADHTİ-nun və ATU-nun nümayəndələri iştirak etmişlər. Ə.Əliyev adına ADHTİ-nu institutun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova və assistent Təranə İbadova təmsil etmişlər.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisinin ekspertləri geniş təqdimatla çıxış edib, dünyada və Azərbaycanda antibiotiklərlə bağlı mövcud olan vəziyyəti tədbir iştirakçılarına çatdırmışlar. Antibiotiklərə Qarşı Davamlılıq (AQD) üzrə Qlobal Strategiyalar ətrafında müzakirələr aparılmışdır. Milli AQD fəaliyyət planın hazırlanması üçün işçi qrup yaradılmış və davamlı milli fəaliyyət planının əsas istiqamətləri müəyyən olunmuşdur. AQD Qlobal Strateji məqsədlərindən biri olan “Mütəxəssislərin antibiotiklərlə bağlı bilik və bacarıqların artırılması” məsələsinə dair fəaliyyətlər Ə.Əliyev adına ADHTİ-nun kafedralarının yaxından iştirakını nəzərdə tutur.