Gəncə şəhərində "Erkən yaşlı uşaqların qidalanması və inkişafı” mövzusunda səyyari kurs keçirildi
06.05.2019
2019-cu ilin may ayında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası Gəncə şəhər Səhiyyə İdarəsində "Erkən yaşlı uşaqların qidalanması və inkişafı” mövzusunda səyyari kurs keçirdi. Kursda Gəncə şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı Mingəçevir, Samux, Tərtər, Göranboydan olan 119 nəfər həkim pediatr, neonatoloq, ailə həkimləri iştirak etmişlər. Kursun əsas məqsədi müdavimlərin erkən yaşlı uşaqların qidalanması, inkişafı və inkişaf çətinlikləri, tez-tez rast gəlinan xəstəliklər və onların erkən aşakarlanmasına dair bilik və praktik bacarıqlarının təkmilləşdirilməsi olmuşdur. Dərslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının müdiri, professor Rəqsanə Məmmədovanın rəhbərliyi ilə kafedranın professor-müəllim heyəti tərəfindən aparılmışdır.
Həkim-dinləyicilərə kurs çərçivəsində “İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyinin İstifadəsi”nə, düzgün qidalanmasına dair yeni yanaşmalar üzrə məlumatlar təqdim olunmuşdur. Həkimlər əldə edilən bilik və bacarıqlarını ailələrlə birgə praktiki məşğələlərdə nümayiş etdirmişlər.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.