Əməkdaşımız “Pediatriyada respirator təbabət” üzrə beynəlxalq konsensusda iştirak etmişdir

23.01.2018

18.01.-21.01.18-ci il tarixində Russiyanın Tula şəhərində “Pediatriyada respirator təbabət” üzrə VII Ümumtəhsil Beynəlxalq konsensus keçirilmişdir.3 gün ərzində keçirilən konsensusda pediatriyada vacib olan uşaqlarda respirator patologiyaların problemli məsələləri,o cümlədən kəskin respirator infeksiyalar,bronxial obstruksiya, birincili siliar diskineziya, tütünçəkmə,bronxial astma,hiperhəssas pnevmonit, ambulator praktrikada immunomodulyator preparatların tətbiqi, öskürək haqqında ətraflı məlumatlar verildi.Eyni zamanda respirator pediatrik cəmiyyətin pediatr və pulmonoloqların fasiləsiz professional təhsilində rolu haqqında da müzakırələr aparıldı.Mövzular üzrə çıxışlar oldu, diskussiyalar aparıldı, əldə olunmuş yeni məlumatları pediatrların geniş toplumuna çatdırmaq məqsədilə klinik tövsiyələrin yenilənməsi təklif olundu.Konsensusun işində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Zemfira Quliyeva da iştirak etmiş,məruzə ilə çıxış etmişdir.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX