Bakıda 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya konqresi- EstePerio2018 keçirildi

23.11.2018

Bakıda 9-10 Noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Avropa Parodontologiya Federasiyasının dəstəyi, Azərbaycan Parodontologiya Cəmiyyətinin, Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə təşkilatçılığı ilə 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi- EstePerio2018 keçirildi.Tədbirdə 350 nəfər yerli və xarici həkim, rezident və tələbə iştirakı etmişdir.
Konqresdə stomatologiyanın müxtəlif sahələri üzrə beynəlxalq səviyyədə tanınmış alimlər professor Mario Aimetti (Italiya), professor Sofia Aroca (Fransa), professor Esra Can (Türkiyə), professor Yuliya Çumakova (Ukrayna), professor Korkud Demirel (Türkiyə), professor İlya Rabinovich (Rusiya), professor Lüdmila Orexova (Rusiya), professor Michele Reners (Belçika), professor Massimo De Sanctis (Italiya), Dr. Cem Yıldız (Türkiyə) və professor Emir Yüzbaşıoğlu (Türkiyə) iştirak etmişlər.
Tədbirin məqsədi - Azərbaycan Respublikasında parodontologiya, implantologiya, estetik və rəqəmsəl stomatologiya sahələrinin inkişaf etdirilməsinə yardım etmək, dövlət və özəl sektorda fəaliyyət göstərən stomatoloqlar arasında maarifləndirmə işi apararaq, onların bu sahədə bilik və təcrübələrinin təkmilləşdirmək, həmçinin, son illər ərzində ölkəmizdə və dünyada bu sahədə həyata keçirilən əsas tədqiqat fəaliyyətləri haqqında məlumat və gələcək elmi-tədqiqat işlərinə istiqamət verilməsindən ibarət idi.
Konqres zamanı parodont xəstəliklərinin yeni beynəlxalq təsnifatı, dişlər və implantlar ətrafında yumşaq toxuma tənzimlənməsi, diş əti xəstəliklərinin profilaktikası və müalicəsinin ümumi sağlamlığa təsiri, stomatologiyada estetikanın yaxşılaşdırılması üçün yeni rəqəmsal texnologiyaların tədbiqi kimi mövzular geniş müzakirə olunmuşdur.
Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuşdur və bu tədbirdə iştirak edən həkim-stomatoloqlar sertifikasiya kreditləri əldə etmişlər.Elmi proqram ilə yanaşı Azərbaycan, Türkiyə, Rusiya və Hindistandan iştirak edən gənc alimlərin apardıqları elmi tədqiqatların nəticələri yazılı və şifahi poster olaraq təqdim olunmuş və tədbirin məcmuəsında nəşr edilmişdir.
Açılış mərasimində Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti və EstePerio2018 təşkilat komitəsinin sədri Cavid Əhmədbəyli konqres nümayəndələrinə cəmiyyətin tarixi, son illərdə həyata keçirilən yerli və beynəlxalq fəaliyyəti, cəmiyyətin Avropa Parodontologiya Federasiyasında (EFP) üzvlüyü və mühüm qlobal layihələrə verdiyi dəstəyi haqqında ətraflı məlumat vermişdir. Konqresin fəxri prezidenti professor Selçuk Yılmaz bu kimi toplantıların tibbin onəmli sahələrindən olan stomatologiyanın inkişafına mühim töhvə verəcəyini əminliklə ifadə edərək bu tədbirin beynəlxalq konqresin bütün tələblərinə cavab verdiyini və yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulamışdır.Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının sədri Ramiz Əhmədbəyli, Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin prezidenti Çingiz Rəhimov və digərləri konqresin stomatologiya sahəsində təcrubə mübadiləsi baxımından əhəmiyyətini qeyd etdilər. Konqresin elmi proqramına daxil olan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılandı.

Link: https://www.youtube.com/watch?v=E3oybmodBvU&t=23s


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX