2015/2016-cı tədris ili üçün təqvim planı təsdiq olundu

16.07.2015

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 2015/2016-cı tədris ili üçün tərtib olunmuş ixtisasartırma kurslarının təqvim planı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanmasında Ə.Əliyev adına ADHTİ-nin üzərinə böyük vəzifələr düşür. Həmin vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün 2015/2016-cı tədris ili üçün institutda tərtib olunmuş təqvim planına müasir, sübutlu əsaslandırılmış informasiya və təhsil texnologiyalara əsaslanan ixtisasartirma kursları daxil edilmişdir. Həmin kurslarda müdavimlərə müasir təbabətin aktual məsələləri haqqinda məlumat verməklə yanaşı onların həlli yolları da göstəriləcəkdir. Bu zaman xüsusi simulyator-manekenlərdən, müxtəlif endoskopik aparatlardan, mikroskoplardan və s. müsair tədris vasitələrindən istsfadə etmək nəzərdə tutulur. Proqramlar tərtib edilərkən fənlərarası əlaqələr yaradılmasına xüsusi fikir verilmiş və onların uzlaşması təmin edilmişdir. Bu tədris ilində də distant və səyyari təhsil kurslarına təqvim planında xeyli yer verilmişdir. İnstitut kollektivi Respublika Səhiyyə Nazirliyi tərəfindən verilmiş tapşırıqları qarşıdan gələn tədris ilində layiqincə yerinə yetirmək əzmindədir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX