Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
2013-cü il üçün dissertanturaya qəbul elan edir:
• Elmlər doktoru hazırlığı üzrə:
– Dəri və zöhrəvi xəstəlikləri - 1 yer
• Fəlsəfə doktoru hazırlığı üzrə:
– Daxili xəstəliklər - 1 yer
– Səhiyyə və onun təşkili - 2 yer
– Cərrahiyə - 1 yer
– Mamalıq və ginekologiya - 1 yer
– Otorinolarinqologiya - 1 yer
– Göz xəstəlikləri - 1 yer
– Şua diaqnostikası və terapiyası - 1 yer
– Stomatologiya - 2 yer
– Anesteziologiya və reanimotologiya - 1 yer
– Urologiya - 1 yer
– Dərmanların alınma texnologiyası, əczaçılıq işinin təşkili - 2 yer
Sənədlər qayda üzrə bir ay müddətində rektorun adına təqdim olunur.
Ünvan: Bakı şəhəri, Tbilisi prospekti, 3165-ci məhəllə, tel.: 431-40-33
REKTORLUQ
|
|
Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|