Mərkəzi Elmi-Tədqiqat Laboratoriyası haqqında
Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının tarixi 1971-ci ildə Azərbaycanda hemofiliyanın tədqiq edilməsi üzrə problem laboratoriyasının yaranması ilə bağlıdır. Professor H.M.Abdullayevin rəhbərlik etdiyi laboratoriyanın əməkdaşları hemofiliyanın etiologiya və patogenezinin aktual məsələlərini öyrənmiş, yeni profilaktik üsulları və ağırlaşmaların müalicəsini işləyib-hazırlamışdır. 1977-ci ildə akademik M.C.Cavadzadənin təşəbbüsü ilə Operativ nefrologiya və urologiya kafedrasının nəzdində böyrək xəstəlikləri zamanı metabolizmin vəziyyətinin öyrənilməsi məqsədi ilə problem laboratoriyası təşkil edilmişdir. Laboratoriyanın əsas elmi istiqaməti – Azərbaycanda urolitiazın etiologiyası və yayılmasının tibbi-genetik tədqiqatı idi. Laboratoriyaya t.e.n. Z.K.Həmzəyeva rəhbərlik edirdi. 1983-cü ildə problem laboratoriyasının əsasında Ə.Əliyev adına ADHTİ-nin əsas binasında Mərkəzi Elmi-Tədqiqat Laboratoriyası (METL) yaranmışdır.
METL-də üç şöbə təşkil olunmuşdur:
1. immunologiya-b.e.n., baş elmi işçi L.M.Əhmədova;
2. biokimya-b.e.n., baş elmi işçi N.V.Nəsirova
3. sitogenetika-b.e.n., baş elmi işçi M.C.Fəttayev rəhbərlik edirdi.
Laboratoriyada aparılmış tədqiqatlar nəticəsində 1992-ci ildə M.C.Fəttayev biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1993-cü ildə METL bazasında Tibbi genetika və immunologiyanın əsasları kafedrası təşkil edilmişdir. Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının ilk müdiri b.e.d. M.C. Fəttayev təyin edilmişdir.
Həkim-laborantların təkmilləşdirilməsi zəruriyyətini nəzərə alaraq, 1996-cı ildə Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının İmmunologiyanın əsasları ilə kliniki biokimya adlandırılmışdır. Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasında mərhum b.e.d. M.C.Fəttayevdən sonra tibb elmləri namizədi, dosent X.M. Umudov rəhbərlik etmişdir. METL-in fəaliyyəti dövründə “Kliniki biokimya” üzrə həkim-laborantlar üçün tematik təkmilləşdirmə və İmmunologiyanın əsasları üzrə institutun bütün Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının həkim-müdavimləri üçün kurslar keçirirdi. Mərkəzi Elmi-Tədqiqat Laboratoriyanın elmi araşdırmaları, əsasən, biokimya və immunologiyanın problemlərinə həsr olunmuşdur.
Laboratoriyada t.e.d. M.C.Fattayev, dos. X.M. Umudovun rəhbərliyi altında və asisstent L.F.Linyovanın pedaqoji fəaliyyəti dövründə 2 monoqrafiya, 8 metodik tövsiyə və dərs vəsaiti, 120-yə qədər elmi məqalə nəşr etdirilmiş və 3 ixtiranın müəllif şəhadətnaməsi alınmışdır. 2000-ci ildən METL nəzdində akad. M.C.Cavadzadənin rəhbərlik etdiyi hemodializ laboratoriyası fəaliyyət göstərir. Laboratoriyanın müdiri tibb elmləri doktoru, baş elmi işçi İlham M.Həmidovdur. 2009-cu ildən 2021-ci ilə qədər Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasında biologiya üzrə fəlsəfə doktoru, dos. R.V.Sadıqov rəhbərlik edib.
2021-ci ilin may ayından Kliniki laborator diaqnostika kafedrası Mərkəzi Elmi-Tədqiqat Laboratoriyası ilə birləşdirilmişdir, və rəhbərliyi prof., b.e.d., R.K.Tağızadəyə həvalə edilmişdir.

R.K.Tağızadə 1980-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1980-ci ildən Mikrobiologiya, Epidemiologiya və Gigiyena ET İnstitutunda immunologiya şöbəsində kiçik elmi işci vəzifəsində, 1988-ci ildən böyuk elmi işci vəzifəsində çalışmışdı. 1988-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir və biologiya elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1990-ci ildən ET Hematologiya və Qanköcürmə institutunda radionuklid laboratoriyasının rəhbəri, 1992-ci ildə biokimya laboratoriyasının müdiri, 1993-cü ildən immunologiya şöbəsinin rəhbəri vəzifələrində calışmışdır. 2010-cu ildə “Eritrositlərin grupp antigenləri və hemotransmissiv virus infeksiyaları ilə səciyyələnən postransfuziya fəsadlarının profilaktikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2020-ci ildən ADHTİ Laboratoriya işi kafedrasında professor vəzifəsində, 2021-ci ildən Kliniki Laborator Diaqnostika kafedrası və METL-na rəhbər vəzifəsinə təyin edilmişdir. R.K.Tağızadə 1 ixtiranın müəllif şəhadətnaməsi, 160 məqalə və tezislərin, 5 monoqrafiya, 6 metodik tövsiyə və 1 dərs vəsaitinin həmmüəllifidir.
Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının elmi fəaliyyəti
Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının elmi fəaliyyəti dövründə “Kliniki biokimya” üzrə həkim-laborantlar üçün tematik təkmilləşdirmə və İmmunologiyanın əsasları üzrə institutun bütün Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının həkim-müdavimləri üçün kurslar keçirirdi. Mərkəzi Elmi-Tədqiqat Laboratoriyanın elmi araşdırmaları, əsasən, biokimya və immunologi-yanın problemlərinə həsr olunmuşdur. Mərkəzi Elmi-Tədqiqat Laboratoriyada t.e.d. M.C. Fattayev, dos. X.M. Umudovun rəhbərliyi altında və asisstent L.F. Lınyovanın pedaqoji fəaliyyəti dövründə 2 monoqrafiya, 8 metodik tövsiyə və dərs vəsaiti, 120-yə qədər elmi məqalə nəşr etdirilmiş və 3 ixtiranın müəllif şəhadətnaməsi alınmışdır.
Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının əməkdaşları

Rafail Vəli oğlu Sadıqov 14 avqust 1970-ci ildə Bakıda anadan olmuşdur. 1987-ci ildə orta məktəbi bitirib, həmin ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsinə daxil olmuşdur. R.V. Sadıqov 1992-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra həmin institutda Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasında baş laborant, 1995-ci ildə kiçik elmi işçi vəzifələrində çalışmışdır. R.V. Sadıqov 1998-ci ildə “Yeni neyrotrop vasitə - nikomorfolinin tətbiqinin farmokoloji və biofarmasevtik aspektləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir və biologiya elmləri namizədi alimlik dərəcəsi adı almışdır. R.V. Sadıqov 1999-cu ildə ATU-da, METL-in baş elmi işçi vəzifəsinə seçilmişdir. R.V. Sadıqov 2009-cu ildən 2021-ci ilə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunda Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının müdiri vəzifəsində çalışıb. Rafael Sadıqov 60 elmi məqalə və tezislərin müəllifidir. Hazırda kafedrada böyük elmi işçi vəzifəsində çalışır.

T.e.n., dosent Əhmədova Leyli Məmməd qızı Ə.Əliyev adına Az.DHTİ-də 1981-ci ildən çalışır. 1981-ci ildə baş laborant, 1984-cü ildə kiçik elmi işçi, 1998-ci ildə baş elmi işçi vəzifələrində çalışmışdır. Əhmədova L.M. 1997-ci ildə “ Иммунные нарушения и их взаимосвязь с процессами перекисного окисления липидов у больных вирусным гепатитом В» mövzusunda 14.00.36-allerqologiya və immunologiya şifri üzrə dissertasiya müdafiə etmişdir və biologiya elmləri namizədi adı almışdır. Əhmədova L.M. 104 elmi məqalə və tezislərin, o cümlədən 4 patent, səmərələşdirici təkliflərin müəllifidir.

Assistent Nəsirova Nüşabə Vəli qızı Ə.Əliyev adına ADHTİ-də 1986-ci ildən çalışırş Həmin ildə kiçik elmi işçi, 1988-ci ildə baş elmi işçi vəzifələrində çalışmışdır. 1982-ci ildə “Сравнительная характеристика повод енчиских, морфофизиологических и биохимических параметров молоди осетровых рыб в раннем онтогенезе» mövzusunda 03.0013- insan və heyvan fiziologiyası şifri üzrə dissertasiya müdafiə etmişdir və biologiya elmləri namizədi adı almışdır. Nəsirova N.V. 115 elmi məqalə və tezislərin müəllifidir.

Assistent Hacıyeva Gülüstan Kamil qızı Ə.Əliyev adına Az.DHTİ-da 1980-ci ildən çalışır. 1980-ci ildə laborant, 1988-ci ildə baş laborant, 1989-cu ildə kiçik elmi işçi, 2009-cu ildən baş elmi işçi vəzifələrində çalışmışdır. Hacıyeva G.K. 2005-ci ildə "Bronxial astması olan xəstələrdə immun status və dermatoqlifika" mövzusunda 14.00.36-allerqologiya və immunologiya şifri üzrə dissertasiya müdafiə etmişdir və biologiya elmləri namizədi adı almışdır. Hacıyeva G.K. 101 elmi məqalə və tezislərin müəllifidir.
Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının ünvanı
Bakı şəhəri, AZ1–122, A.Şərifzadə küçəsi, 212
Tel: (+ 99412)
Avtoreferatlar
Садыгов Рафаил Вели оглы
Фармакологические и биофармацевтические аспекты внедрения нового нейротропного средства никоморфолина. 14.00.25 - Фармакология. Диссертации на соискание ученой степени кандидата биологических наук. Баку - 1998 г.
Ахмедова Лейли Мамед кызы
Иммунные нарушения и их взаимосвязь с процессами перекисного окисления липидов у больных вирусным гепатитом В. 14.00.36 - аллергология и иммунология. Диссертации на соискание ученой степени кандидата биологических наук. Баку - 1997 г.
Насирова Нушаба Вели кызы
Сравнительная характеристика повод енчиских, морфофизиологических и биохимических параметров молоди осетровых рыб в раннем онтогенезе. 03.0013 - физиология человека и животных. Диссертации на соискание ученой степени кандидата биологических наук.Баку - 1982 г.
Əliyeva Gülüstan Kamil qızı
Bronxial astması olan xəstələrdə immun status və dermatoqlifika. 14.00.36 – allerqologiya və immunologiya.Biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı - 2005.
|
|
Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.
Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır.
İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.
|
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|