1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd edildi

01.12.2022

ÜST 1988-ci ildən başlayaraq, AİDS/QİÇS haqqında məlumatlılığı artırmaq və bu sağlamlıq problemi qarşısında beynəlxalq həmrəylik nümayiş etdirmək üçün hər il dekabr ayının ilk günü Ümumdünya AİDS günü kimi bütün dünyada qeyd olunur.
2022-ci ildə ÜST 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününü "Bərabərləşdirmək" şüarı altında dünya liderlərini və vətəndaşlarını QİÇS-lə mübarizədə irəliləyişə mane olan bərabərsizlikləri cəsarətlə tanımağa və aradan qaldırmağa çağırır; və xüsusilə uşaqlar, əsas əhali və onların partnyorları - kişilərlə cinsi əlaqədə olan kişilər, transgenderlər, narkotik vasitələrdən istifadə edən insanlar, seks işçiləri və məhbuslar üçün əsas İİV xidmətlərinə çıxış imkanlarını bərabərləşdirmək.
1 Dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü” ilə bağlı Bakıda konfrans keçirildi. Tədbirdə ÜST, Az.Respublikası Səhiyyə Naziliyi, Milli Məclisin deputatları, TƏBİB, İTS, Respublika QİÇS-lə mübarizə mərkəzi, Ədliyyə Naziliyi, QHT-lər nümayyəndələri iştirak etmişlər.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov QİÇS/İİV infeksiyası problemi ilə bağlı mübarizə, o cümlədən bu istiqamətdə elmi araşdırmaların davam etdirilməsini bildirmişdir. Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda bu xəstəlik və virus daşıyıcılığı ilə bağlı vəziyyət səhiyyə sahəsinə ağır yük olmayan problem kimi qəbul edilir. Eyni zamanda, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu xəstəlik tibbi problemlərlə yanaşı, sosial problemlər də doğurur. Bu sosial-ictimai problemlər virus daşıyıcıları olan şəxslərin stiqmatizasiyası ilə bağlıdır. Onların cəmiyyət tərəfindən qəbul olunmaması, rədd edilməsi, diskriminasiyaya məruz qalması halları var. Tibbi məsələlər tədricən həll edildikcə bu sosial problemlər ön plana çıxır. Bu sahədə böyük işlər dövlət və QHTlərlə birgə səmərəli əməkdaşlıq çərçivəsində görülməsinin gərəkli olduğunu vurğulamışdır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) departament rəhbəri Yaqut Qarayeva QİÇS pandemiyasının çox uzun zamandır elan olunduğunu və hələ də davam etdiyini bildirmişdir. Onun sözlərinə görə, cari ilin 10 ayı ərzində İİV-ə yeni yoluxma hallarının sayı 695 təşkil edib: “Onlardan 680-i Azərbaycan vətəndaşlarında, 15-i isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınan 680 ölkə vətəndaşından 463-ü kişi, 217-si qadındır. Ümumilikdə 8500 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. QİÇS mərhələsində olan vətəndaşlarımızın sayı 1993 nəfər, İİV infeksiyasından dünyasını dəyişmişlərin sayı isə 1237 nəfərdir.
Tədbirdə iştirak edən Ə.Əliyev adına ADHTİ prorektoru Təyyar Eyvazov ölkəmizdə İİV/QİÇS-lə bağlı cari vəziyyəti və görülən işləri müsbət qiymətləndirmişdir. Bununla yanaşı, o, ölkəmizdə gələcəkdə İİV/QİÇS-lə bağlı elmi-tədqiqatların həyata keçirilməsi, müalicə prosesində dərman və innovasiya qurumu ilə sıx əməkdaşlığı və Respublika QİÇSlə Mübarizə Mərkəzinin tibb işçilərinin müasir yanaşmaların tədbiqinə dair bilik və bacarıqlarının daim təkmilləşdirilməsi kimi tövsiyyələrini səsləndirmişdi.
Tədbir zamanı digər İİV/QİÇS-lə bağlı cari vəziyyət və görüləcək işlər, dünyada hazırda İİV/QİÇS-lə bağlı vəziyyət və hədəflər, penitesiar sistemdə İİV/QİÇS-lə mübarizənin gücləndirilməsi sahəsində görülən işlər barədə çıxışlar təqdim oldu. Çıxış edənlər Azərbaycanda QİÇS-lə mübarizə sahəsində hökumət və qeyri-dövlət təşkilatlarının (vətəndaş cəmiyyəti) əməkdaşlığının əhəmiyyəti xüsusi vurğulanmışdır.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX