10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Gününə həsr edilən seminar keçirildi

10.10.2022

Hər il 10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Dünyada bu günün qeyd olunması 1992-ci ildə Beynəlxalq Psixi Sağlamlıq Federasiyanın təşəbbüsü və ÜST-n dəstəyi ilə başlamışdır. Hər il ÜST psixi sağlamlıqla əlaqədar müxtəlif mövzulara həsr edilən geniş maarifləndirici tədbirlərin həyata keçirilməsini tövsiyə edir. Bu il Ümumdünya Psixi sağlamlıq günü “Psixi sağlamlıq və rifahı hamı üçün qlobal prioritet edək” şüarı altında keçirilir.
Pandemiyanın psixi sağlamlığımıza zərər vurduğu və vurmağa davam etdiyi üçün ÜST tərəfindən 2022-ci il Ümumdünya Psixi Sağlamlıq Günündə yenidən əlaqə qurmaqla psixi sağlamlığı qorumaq və yaxşılaşdırmaq üçün səylərimizi yeniləmək imkanının verilməsi qeyd edilir. Beləki, ÜST-nin 2022-ci ilin iyun ayında dərc edilmiş Ümumdünya Psixi Sağlamlıq Hesabatı göstərdi ki, 2019-cu ildə psixi pozğunluqla yaşayan bir milyard insanın, əmək qabiliyyətli yaşda olan yetkinlərin isə 15%-nin psixi pozuntusu var. ÜST-nin 2013-2030-cu illər üçün Psixi Sağlamlıq üzrə Kompleks Fəaliyyət Planında və Dayanıqlı İnkişaf Məqsədlərində müəyyən edilmiş qlobal hədəflərə nail olmaq üçün psixi sağlamlığı inkişaf etdirmək və qorumaq, ehtiyacı olanları təmin etmək və onlara qayğı göstərmək üçün münasibətimizi, hərəkətlərimizi və yanaşmaları dəyişdirmək tövsiyələri yer alır.
Ə.Əliyev adına ADHTİ pediatriya kafedrasında həkim-müdavimlər üçün seminar kafedranın dosenti, təlimatçi Mətanət Qaraxanova tərəfindən təqdimatla keçirilmişdir. İlk olaraq, seminar iştirakçılarına Ümumdünya Psixi Sağlamlıq Günün qeyd olunması məqsədləri açıqlanmışdı. M.Qaraxanova ÜST-n psixi sağlamlıq anlayışını, psixi sağlamlığına təsir və müəyyən edən amillər barədə geniş məlumatları təqdim etmişdir. Psixi sağlamlığln qorunması və gücləndirilməsi üçün ÜST-tərəfindən tövsiyə edilən komleks addımlar da seminar iştirakçılarına təqdim edilmişdir. Bu addımlara daxildir: erkən yaş dövründə olunan tədbirlər, uşaqlara dəstək, qadınlara sosial-ekonomik imkanları təqdim etmək, ahıllara sosial dəstək, həssas qruplardan olan insanlara yönnəldilən proqramlar, məktəblərdə psixi sağlamlığın gücləndirilməsinə dair tədbirlər, iş yerlərində psixi sağlamlığın gücləndirilməsinə dair tədbirlər, zorakılıq halları ilə mübarizəyə yönnəldilən proqramlar (alkoqol, silahlara əlçatanlıq), yoxsulluğun azaldılması, diskriminasiya və stiqmaya (təcrid olunma və damğalanma) qarşı qanun və tədbirlərin hazırlanması və həyata keçirilməsi.İştirak edən müdavimlərə stress və onu nümayiş edən əlamətlər, stresi aradan qaldırmaq üçün addımlar barədə də məlumatlar təqdim edilmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX