II Qastroenteroloji konfrans keçirilmişdir

30.05.2022

27 may 2022-ci il tarixində AQİEC-in II Qastroenteroloji konfransı keçirilmişdir. Konfrans Azərbaycan qastroenteroloji elminin banilrindən biri, tibb elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi və Elmlər Akademiyasının müxbir üzvü İsmayıl Teymur oğlu Abasovun anadan olmasının 100 illiyinə həsr olunmuşdur.
Konfransın açılışında tibb elmləri doktoru, professor Ə.A.Hidayətov cıxış edərək professor İ.T.Abbasov haqqında xatirələri ilə bölüşdü, milli qastroenteroloji elminin formalaşmasında müstəsna rolunu qeyd etdi. Konfransın sədri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti, AQİEC-nin idarə heyətinin üzvü G.H.Babayeva idi.
Konfrans 3 paneldən ibarət idi.Birinci panel daxililində Kazaxstan təmsilcisi, dosent Kaybullayeva C.A. “Mədə- Bağırsaq qanaxmalarında antiaqreqant və antitrombositar terapiyanın menecmenti”, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının dosenti Babayeva G.H. “QERX: 2021-2022-ci illərdə nələr dəyişib?” və kafedranın doktorantı, MOM invaziv diaqnostika və müalicə şöbəsinin həkim-qastroenteroloqu Əsədova G.V. “Qida borusunun infeksion zədələnmələri” mövzularıında son iki il ərzində dünya tövsiyələrində olan yeniliklər ilə cıxış etdilər (moderatorlar Professor Əlihüseyn Hidayətov, Professor Natavan Fərəcova, t.e.n. Tahir Səlimov).
2-ci paneldə AZDHTİ Terapiya kefedrasının doktorantı, MediLand klinikasının həkim-qastroenteroloqu Məmmədov E.E. “Barret qida borusu: endoskopik diaqnostika”, Bakı Patologiya Mərkəzindən Dr. Camal Musayev “Qida borusunda patomorfoloqların gördükləri” və Türkiyənin Koç Universitetindən pr.Fateh Aslanın və MOM-dən dr.N.Əfəndiyevanın ”Qida borusu yırtıqlarında endoskopik müalicə” mövzularında cıxışlar təqdim edildi (moderatorlar professor Mətanət Əfəndiyeva, t.e.n. Zöhrab Şamxalov, t.e.n. Babək Sadıqov).
Sonuncu paneldə isə professor M.Əfəndiyevanın “Mədə-bağırsaq xəstəlikləri olan pasiyentlərin cərrahi müdaxilələrdən sonar reabilitasiyası” adlı cıxışı səsləndi (moderatorlar professor Kənan Yusif-Zadə, dr.Fərid Quliyev).
Hər paneldən sonra olayn və offlayn çoxsaylı suallara cavab verildi və müzakirələr aparılmışdır.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX