Azərbaycan Kardiologiya Cəmiyyətinin konfransı keçirildi

21.10.2019

18 oktyabr 2019-cu il tarixində Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) “Kardiovaskulyar Farmakoterapiya” və “Diabet və ürək-damar xəstəlikləri” İşçi Qruplarının aylıq konfransı keçirildi. Tədbirin məqsədi Avropa və ABŞ-da hazırlanıb dərc edilmiş yeni kliniki tövsiyələrlə həkimləri tanış etmək və praktik fəaliyyətdə bu tövsiyələri tətbiq etmək olmuşdur.
Konfransı AKC-nin sədri professor Tofiq Cahangirov açdı.Sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri, t.e.d. Valeh Mirzəzadə çıxış edərək “Amerika Diabet Assosiasiyası və Diabetin Öyrənilməsi üzrə Avropa Assosiasiyasının Konsensus tövsiyələri” barədə ətraflı məlumat verdi. İkinci məruzəçi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrasının professoru t.e.d. İ.Ələkbərov “Arterial hipertenziyanın farmakoterapiyasına yeni Avropa tövsiyələrinə əsasən yanaşma” adlı mühazirə ilə çıxış etdi. Növbəti çıxışçı “ESC 2019. Diabet, Pre-diabet və Kardiovaskulyar xəstəliklərə dair yeni kliniki rəhbər tövsiyələri” adlı məruzəsi ilə həkim-endokrinoloq F.Yaqubova oldu. Sonda hər üç mühazirəçiyə çoxsaylı suallar verildi, çıxışlar ətrafında müzakirələr oldu.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX