Lənkəran şəhərində pediatrlar üçün səyyari kurs keçirildi

08.10.2019

30 sentyabr – 4 oktyabr 2019-cu il tarixində Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası Davamlı Tibbi Təhsil programına uyğun olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasında pediatrlar üçün “Təxirəsalınmaz pediatriya” mövzusunda səyyari kurs keçirmişdir. Kursda Lənkəran şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı Masallı, Lerik və Astara bölgələrdən olan həkim-pediatr, neonatoloq və ailə həkimləri də iştirak etmişlər.
Kursun əsas məqsədi uşaqlarda təxirəsalınmaz vəziyyətlərdə yardımın təşkil prinsipləri, təxirəsalınmaz vəziyyətlərin semiotika, diaqnostika və tibbi yardımın həyata keçirilməsi məsələləri ilə həkimlərin bilik və bacarıqlarını artırmaq idi. Bununla yanaşı müdavimlərə təxirəsalınmaz vəziyyətlərin qarşısının alınması barədə məlumatlar da təqdim edilmişdir.
Dərslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının əməkdaşlərı-kafedra müdiri əvəzi professor Rəgsanə Məmmədova, professor Aslan Həsənov,dosentlər Mətanət Qaraxanova və Sənubər Vəliyeva tərəfindən aparılmışdır.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX