03-14 iyun 2019-cu il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası Qax Rayon Mərkəzi Xəstəxanasında “Stomatologiyanın aktual məsələləri” mövzusunda səyyari kurs keçirir. Kursda Qax şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı yaxın bölgələrdən gəlmiş 31 nəfər həkim-stomatoloq iştirak edir.
Kursun əsas məqsədi müdavimləri stomatologiyanın aktual məsələləri ilə tanış etməklə yanaşı onların dişlərin və diş əti sağlamlığının qorunub saxlanmasına, ağız boşluğu xəstəliklərinin erkən aşkarlanmasına dair bilik və praktik bacarıqlarının təkmilləşdirilməsidir. Eyni zamanda stomatoloji xəstələrin dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin ciddiyyəti haqqında məlumatlarını artırmaq, bu zaman hamiləlik, şəkərli diabet və ürək-damar xəstəliklərinin göstərilən patologiyaya təsirinin onlara izah etməyin əhəmiyyəti xüsusi vurğulanır.
Dərslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müəllim heyəti tərəfindən aparılır.