08.04.2019-17.04.2019-cu il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası Abşeron Mərkəzi Rayon Xəstəxanasında "Stomatologiyanın aktual məsələləri" mövzusunda səyyari kurs keçirmişdir. Kursun əsas məqsədi Abşeron rayonunda çalışan stomatoloqların stomatologiya və üz-çənə cərrahiyyəsi sahəsində praktik bacarıqlarının təkmilləşdirilməsi olmuşdur.
Dərslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə carrahiyyəsi kafedrasının müdiri,professor Oqtay Seyidbəyovun rəhbərliyi ilə kafedranın professor-müəllim heyəti tərəfindən aparılmışdır. Bu zaman həkim-stomatoloqlara stomatologiya və üz-çənə cərrahiyyəsinin aktual məsələləri haqqında geniş məlumat verilmiş, qarşıya çıxan çətinliklərin aradan götürülməsi yolları göstərilmişdir.
Müdavimlər sonda səmərəli dərslərə görə öz minnətdarlıqlarını bildirmişlər.