Tacikistan nümayəndə heyəti ilə Ə.Əliyev adına ADHTİ-da görüş oldu

13.03.2019

13.03.2019-cu il tarixində Azərbaycanda səfərdə olan Tacikistan Dövlət Tibb Universitetinin nümayəndə heyətinin üzvləri ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda görüş olubdur. Nümayəndə heyətinə Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, həmçinin İbn-Sina adına Dövlət Tibb Universitetinin təmsilçiləri daxil idilər. Heyət üzvləri 3 gün davam edən səfər zamanı Azərbaycan Səhiyyə Nazirliyində, Azərbaycan Tibb Universitetində də görüşlər keçiriblər. Bu görüşlərdə Azərbaycanın son illərdə tibb sahəsində əldə etdiyi uğurlar, yeni xəstəxana və diaqnostika mərkəzləri, həmin səhiyyə ocaqlarının ən yeni avadanlıqlarla təchiz olunduğu barədə məlumat verilibdir.Qonaqlar Ə.Əliyev adına ADHTİ-nin klinikaları, tədris binası ilə yaxından tanış olub, institutda tədris prosesini izləyiblər.
Görüş zamanı Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımov Tacikistanın Tibb Universiteti ilə birbaşa əlaqələrin yaradılmasının vacibliyindən danışaraq institutda aparılan islahatlar barədə qonaqlara məlumat verdi.
Ə.Əliyev adına ADHTİ-nin prorektoru dosent Təyyar Eyvazov isə qonaqlara rezidentura sistemi haqqında geniş məlumat verdi və bu təhsilin xüsusiyyətlərindən danışdı.Nümayəndə heyətinin üzvləri gələcəkdə Tacikistan Dövlət Tibb Universitetində rezidentura sisteminin tətbiqini planlaşdırdıqlarını bildirdilər. Görüş zamanı bu sahədə qarşılıqlı əməkdaşlğın perspektviləri müzakirə olundu.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX