Gəncə şəhərində “Hamiləlik problemləri və fetal ultrasonoqorafiya” mövzusunda seminar keçirilmişdir 12.05.2015
Xəbər verildiyi kimi 26 aprel 2015-ci il tarixində Gəncə şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnistitutunun təşkilatcılığı ilə “Hamiləlik problemləri və fetal ultrasonoqorafiya” mövzusunda seminar keçirilmişdir. Seminar Mərkəzi Klinik Xəstəxananın Gəncə filialında baş tutmuş və orada Gəncə şəhəri ilə yanaşı Qazax, Tovuz, Xanlar, Şəmkir, Ağdaş, Mingəcevir, Bərdə rayonlarında calışan radioloq və mama-ginekoloqlar iştirak etmişdilər. Seminarı Mərkəzi Klinik Xəstəxananın baş direktoru Toğrul Adıgözəlov acaraq bu tədbirin Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirildiyini və onun xatirəsinə həsr olunduğunu qeyd etdi. Sonra o, proqramda göstərilən problemlərin aktuallığından danışaraq məruzəçilərə və dinləyicilərə uğurlar arzuladı. İlk cıxış Beynəlxalq qadın-doğum ultrasonoqrafiya cəmiyyətinin üzvü Azər Fərəcova verildi. Onun məruzəsi fetal periodda ürək qüsurlarının vaxtında diaqnostikasına həsr olunmuşdu. Bu mövzu bu gün bütün dünyada aktualdır. Cünkü Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə yenidoğulmuşlar arasında ölümlərin 42 %-nin səbəbini anadangəlmə ürək qüsurları təşkil edir. Bu gün Avropa ölkələrində belə anadangəlmə ürək qüsurlarının perinatal diaqnostikası ən yaxşı halda 40-50% arasında dəyişir. Cıxışın əsas məqsədi həkimlərə fetal ürəyin skrininqinin necə aparılması və ürək qüsurlarının perinatal diaqnostikasında hansı göstəricilərə fikir vermək lazım gəldiyi ilə bağlı detalları paylaşmaq olmuşdur. Növbəti cıxış “Hamiləlik və tiroid problemləri” mövzuzuna həsr olunmuşdu. Mövzu ilə Milli Onkoloji Mərkəzin Tiroid mərkəzinin rəhbəri Anar Əliyev çıxış etdi. Təqdimatcı bu problemə sistematik yanaşmanın yolları, taktikası və müasir müalicə alqoritmləri haqqında ətraflı danışdı. Bu zaman o, hamilələrdə yod metobolizmi və normativlər, yod azlğı və coxluğunun fəsadları, hamiləlik zamanı ortaya cıxan bədxassəli tiroid kütlələrinə yanaşma və s. haqqında dınləyicilərə maraqlı məlumatlar verdi. ”Leyla Şıxlinskayanın klinikası”nın ultrasonoqrafiya şöbəsinin müdürü Rəqsanə Əliyeva öz çıxışında 11-13 həfətlik hamiləliklərə yanaşma tərzi və bu periodda aşkarlana biləcək anomaliyalardan, genetik ultrasonoqrafiyanın aspektləri haqqında ətraflı danışdı. Növbəti məruzəçi, həmin ultrasonoqrafioya şöbəsinin əməkdaşı Günel Hüseynova isə hamiləlik zamanı venoz damarlarda yaranan problemlər və venoz doppleroqrafiyanın hamilələrdə aparılması texnikası və xüsusiyyətləri haqqında məlumat verdi. Son cıxışçı qadın-doğum mütəxəssisi Məhəmməd Qəmbərovun məruzəsi hamiləlik zamanı hipertenziyalara həsr olunmuşdu.Məruzədə ildə 500.000 qadının hamiləlik zamanı dünyasını dəyişməsinə səbəb olan və prematur doğumlar hesabına coxlu uşaq ölümü və əlillik yaradan bu problemə müasir yanaşma, erkən diaqnostika və profilaktika imkanları haqqında ətraflı məlumat dinləyicilərə catdırıldı.
Bütün çıxışların sonunda coxsaylı suallar verildi, disskusiyalar aparıldı. İştirakcılar təbabətin bu kimi aktual problemləri və onlara müasir yanaşma ilə texnologiyaların regionlardakı həkimlərlə catdırılması üçün belə seminarların tez-tez kecirilməsinin zəruri olduğunu qeyd edərək, seminarın təşkilatçıları olan Ə.Əliyev adına ADHTİ-nin və MKX-nın rəhbərliyinə böyük minnətdarlıqlarını bildirdilər.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|