09.06.2014


Bu gün Əziz Əliyev adına Azərbaycan dövlət Həkimləri Təkmilləşdirmə institutunda «Yaxın Avrasiya Afrika qulaq-burun-boğaz cəmiyyətinin (NERAS)» I beynəlxalq konqresi öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirdə yerli mütəxəssislərlə yanaşı Türkiyədən gələn həkimlər də iştirak edib. İlk olaraq çıxış edən İnstitutun rektoru Nazim Qasımov cəmiyyətin 2011-ci ildə Ankarada yaradıldığını, Azərbaycanda bu vaxta qədər 500-dən çox səhiyyə obyektinin tikilərək istifadəyə verildiyini deyib: «Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən bir sıra islahatlar nəticəsində tibbimiz bu gün qonşu ölkələrlə inteqrasiya prosesindədir. Bu inteqrasiyanın nəticəsidir ki, Türkiyə ilə ölkəmiz arasında əməkdaşlıq daha da güclənib. Bunun nəticəsində də iki ölkə arasında səhiyyə sahəsində son 10 ildə 13 konqres keçirilib». O həmçinin vurğulayıb ki, konqresin əsas məqsədi ölkəmizdə bu sahənin inkişafına töhfə vermək və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin baş otorinolarinqoloqu Nazim Hüseynov bildirib ki, bu sahə son 10 il ərzində digər cərrahiyyə sahələri ilə müqayisədə ən çox inkişaf etmiş sahədir. O həmçinin Azərbaycanda qulaq-burun-boğaz sahəsi üzrə ən çox rast gəlinən xəstəliklər barədə də söz açıb. Onun sözlərinə görə, bu sahə üzrə ən çox müraciətlər yuxarı tənəffüs yolları xəstəlikləri ilə bağlı olur. N. Hüseynov bu sahə üzrə aparılan əməliyyatlar barədə də məlumat verib: «Otorinolarinqologiya sahəsi üzrə endoskapik cərrahiyyə əməliyyatının köməkliyi ilə burun və burunətrafı ciplərin, qulaqda eşitmənin bərpası aparılır. Türkiyə Qulaq-Burun-Boğaz Cəmiyyətinin sədri Metin Önerçi isə çıxışında qeyd edib ki, əsas istəkləri bu sahədə təhsilin təməlini möhkəmləndirməkdir. Qeyd edək ki, 2 gün davam edəcək konqresin təşkilatçıları «Yaxın Avrasiya Afrika qulaq-burun-boğaz cəmiyyəti» və Azərbaycan Respublikası Səhiyyə nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutudur. Konqres öz işini bu sahənin müxtəlif problemlərini özündə ehtiva edən 6 panel və iclasla davam etdirib. İclaslarda Türkiyənin 13 ayrı elm müəssisəni təmsil edən mütəxəssislərlə yanaşı yerli mütəxəssislər də mühazirəçi qismində çıxış ediblər.



Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX