“Ananın və körpənin sağlamlığı” mövzusunda beynəlxalq simpozium keçiriləcəkdir 09.05.2017
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda tibbi təhsilin keyfiyyətini müasir dünya standartlarına uyğunlaşdırmaq məqsədilə tədrisin müxtəlif növ və formaları həyata keçirilir. İnstitut rəhbərliyi tibb elminin ən son nailiyyətlərinin yerli həkim-mütəxəssislərə çatdırılmasında beynəlxalq təhsilə önəm verir. Bu məqsədlə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyə Nazirliyinin göstərişi ilə Bakı Təhsil Məlumat Mərkəzi ilə birlikdə 19 iyun 2017-ci il tarixində Zalsburq Tibbi Seminarlar proqramı Avstriya İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Ananın və körpənin sağlamlığı” mövzusunda simpozium keçiriləcəkdir.
Simpoziumda Avstriyanın Graz Tibb Universiteti Neonatologiya kafedrasının professoru Friedrich Reiterer neonatologiyanın aktual problemlərinə həsr olunmuş mühazirələr oxuyacaq və təlim keçəcəkdir. Məşğələlər səhər saat 9.00-da başlayacaq və bütün günü davam edəcəkdir.
Respublikanın şəhər və regionlarında çalışan neonatoloq və pediatrlar simpoziumda iştirak etməyə dəvət edilirlər.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|