26 may 2017-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:
1. Cərrahiyyə 1 kafedrasının dissertantı Həsənova Sevinc Yusif qızının «Пути улучшения результатов лечения острого панкреатита» mövzusunda, «3213.01 - cərrahlıq» ixtisası, tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılmış dissertasiyasının mövzusunun müzakirəsi və təsdiq olunması.
2. İnstitutun 2017-2018-ci tədris ili üçün təqvim planına daxil ediləcək həmməz mövzulu tematik təkmilləşmə kursları barədə müzakirə. Professor-müəllim heyyətinin tədris yükünün nizamlanması barədə.
Məruzəçi prorektor Eyvazov T.H.
3. Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının professoru vəzifəsinə seçkilər.
4. Ailə təbabəti kafedrası üzrə t.e.d. S.Y.Mahmudovaya professor elmi adının verilməsi.
5. Kardiologiya kafedrası üzrə t.e.d. T.Ş.Cahangirova professor elmi adının verilməsi.
6. Müxtəlif məsələlər.
İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
I məsələ üzrə cərrahiyyə 1 kafedrasının dissertantı Həsənova Sevinc Yusif qızı çıxış edərək «3213.01 - cərrahlıq» ixtisası, tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün planlaşdırılmış dissertasiyasının annotasiyasını təqdim etdi.
Müzakirədən sonra elmi iş təsdiq olundu.
II məsələ üzrə prorektor Eyvazov T.H. çıxış edərək dedi ki, davamlı tibbi təhsil konsepsiyasına uyğun olaraq həkimlərin peşə fəaliyyətinin qiymətləndirilməsində tətbiq olunacaq yeni sistemin bütün institutda tətbiqindən əvvəl onu bir neçə pilot kafedrada istifadə etmək qərarı verilmişdir. Həmin kafedralar kardiologiya, sinir xəstəlikləri, otorinolarinqologiya və anesteziologiya-reanimatologiya kafedralarıdır. Bu kafedralarda keçiriləcək kursların hər birinin kredit balı olacaq və onlar sonradan sertifikasiya prosesində nəzərə alınacaqlar. Tədris ili ərzində 20 ixtisasartırma kursun keçirilməsi (40 həftə tədris) nəzərdə tutulur. O biri kafedralarda isə tədris ilində hər biri 8 həftə olmaqla (DST proqramının bütün modullarını əhatə edən) 5 ixtisasartırma kursu və bir neçə tematik kurslar planlaşdırılır.
Sonra prorektor Eyvazov T.H. təqvim planının tərtib edilməsi müxanizmindən danışdı və planın detallarını iclas iştirakçılarının nəzərinə çatdırdı.
Elmi şuranın gündəliyinin digər məsələləri seçki və professor elmi adının verilməsi olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.