08 noyabr 2016-cı il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin göstərişi ilə rezidenturanı bitirmiş həkim-mütəxəssislərlə tibb müəssisələrinin rəhbərlərinin görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi aparatının mütəxəssisləri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Tibb Universiteti rəhbərliyinin nümayəndələri, bir çöx şəhər və rayon xəstəxanalarının baş həkimləri və Respublika üzrə rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislər iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi aparatının rəhbəri Zəkiyyə Mustafayeva öz çıxışında son illərdə ölkə səhiyyəsində əldə olunmuş mühüm nailiyyətlərdən danışaraq regionlarda tibbi yardımın keyfiyyətinin yaxşılaşmasını xüsusi qeyd etdi. O bildirdi ki, bütün ölkəni əhatə edən müasir standarlara üyğun müalicə-diaqnostik mərkəzlər və xəstəxanalar inşa edilmiş və onlar lazımı avadanlıqla təmin edilmişlər. Həmin şəraitdə çalışacaq yüksək ixtisaslı və müasir tibbi biliklərə yiyələnmiş mütəxəssilərə ehtiyac olduğundan danışan Z.Mustafayeva bu günkü görüşün də həmin məqsəd daşıdığını nəzərə çatdırdı. Regionlarda fəaliyyət göstərən tibb müssisələrinin rəhbərləri ilə təhsilini bitirmiş rezidentlərin canlı görüşü onların iş yeri seçiminə müsbət təsir edəcəkdir.
Respublikanın baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova “Doğuşayardım xidmətinin kadr təminatının təkmilləşdirilməsi” mövzusunda çıxış edərək əldə olan nailiyyətlərdən və qarşıya çıxan problemlərdən danışdı. O ən böyük problem kimi yerlərdə müasir texnologiyaları mənimsəmiş kadrların kifayət qədər olmamasını göstərdi.Ona görə də bu il təhsilini bitirən rezidentlərin regionlara işləməyə getməsi bu problemin müəyyən qədər həll olmasına səbəb olar.
Sonra şəhər və rayobnlarda həkim-mütəxəssislərə olan ehtiyaclar, tibb xidmətlərinin göstərilməsi üçün yaradılmış şərait və gənc kadrlara göstərilən dəstək haqqında Gəncə 2 nömrəli şəhər xəstəxanasının baş həkimi Qafarova Roza,
Göygöl RMX-nın baş həkimi Hamlet Ömərov, Füzuli RMX-nın baş həkimi Natiq Şükürov, Qəbələ RMX-nın baş həkimi Sabir Bayramov, Quba RMX-nın baş həkimi İsmayıl Mirzəyev, Cəlilabad RMX-nın baş həkimi İlham Əliyev, Ucar RMX-nın baş həkimi Zeynal Bayramlı, Ağstafa RMX-nın baş həkimi İlham Mustafayev, Biləsuvar RMX-nın baş həkimi Rövşən Pənayev, Qobustan RMX-nın baş həkimi Emin Hüseynov çıxış etdilər.
Görüş həkim-mütəxəssislərin suallarının cavablandırılması ilə başa çatdı.