“Tibb və Elm” Ə.Əliyev adına elmi-praktik jurnalının 3-cü sayı çapdan çıxmışdır 01.06.2016
Xəbər verildiyi kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Tibb və Elm” Ə.Əliyev adına elmi-praktik jurnalı nəşr olunur. Jurnalın səhiyyədə hakim mövqedə duran milli və xarici mütəxəssislərdən təşkil olunmuş redaksiya heyəti və şurası təqdim olunan elmi işlərin müasir təbabətin elmi araşdirmalara tətbiq etdiyi standartlara uyğun olmasını təmin edir. Burada təqdim olunan rubrikalar, orijinal məqalələr, müasir texnologiyalı şərhlər, mühazirələr, tarixi xronikalar mütəxəssislərdə maraq doğurmuşdur. Bu günlərdə jurnalın 3-cü sayi çapdan çıxmışdır. Jurnalın bu sayında Azərbaycan alimləri ilə bərabər Özbəkistan və Danimarka alimlərinin də müəllifliyi ilə məqalələr dərc edilmişdir. Jurnalda xoralı kolitin müasir diaqnostika və differensial diaqnostikası metodları barədə mühazirə, prediabet vəziyyət haqqında ədəbiyyat icmalı, diabetik polineyropatiyalı xəstənin müalicəsinə dair klinik hadisə dərc edilmişdir. Bundan başqa vertebrogen radikulopatiyalar zamanı müalicə, müştərək kəllə-beyin travmaları zamanı cərrahi müalicə, kolon və düz bağırsağın travmatik zədələnmələrinin cərrahi müalicəsi, xroniki serebrovaskulyar xəstəliklərin kompleks müalicəsi, revmatoloji xəstələrdə antifosfolipid sindrom zamanı müəlliflərin şəxsi tədqiqatları jurnalın bu sayında yer almışdır. Jurnalda Azərbaycanda aparılmış ilk insult registri proqramının son nəticələri dərc edilmişdir. Eyni zamanda xronika bölməsində dağınıq sklerozdan əziyyət çəkən xəstələrə dövlət yardımı proqramının hesabatı barədə açıqlamalar verilmişdir.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|