Ə.Əliyev adına ADHTİ-də distant təhsil proqramı fəaliyyətə başladı
28.05.2016
Distant təhsil dünyanın bir çox inkişaf etmiş ölkələrində geniş yayılmışdır. Bu təhsil növünün ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir. Distant təhsilin məzği ondan ibarətdir ki, təhsil almaq hər hansı bir zamandan və məkandan asılı olmur. Dinləyici özünə uyğun zaman və məkan çərçivəsində internet vasitəsilə onlayn təlim imkanı qazanır. Distant təhsilə qoşulmaq üçün qeydiyyatdan keçib baza bilik səviyyəsini təyin etmək üçün test suallarına cavab vermək lazımdır. Müdavimin bilik səviyyəsi təyin edildikdən sonra təkmilləşmək istədiyi mövzunu seçmək ona təklif olunur. Təhsilin müddəti onun yığdığı ballara uyğun təyin edilir. Ball nə qədər yüksəkdirsə müddət də o qədər qısa olur. Təsil müddətində müdavimə onlayn mühazirələr oxunur, tapşırıqlar verilir və sonda test suallarının cavablandırılması aparılır. Cavablar yoxlandıqdan sonra ona kredit balları verilir və uyğun sertifikat təqdim olunur. Artıq bu proqramin həyata keçməsi üçün bütün hazırlıq işləri görülmüş və o, pilot layihə şərçivəsində teratiya ixtisası üzrə tətbiq edilmişdir. Sonralar institutun bütün kafedralarının bu layihəyəyə qoşulması planlaşdırılır. Həmin proqrama daxil olmaq alqoritmi aşagidakı kimidir:
Şəkil 1. Ana səhifə
Sistemdə qeydiyyat
Əgər sistemdə qeydiyyatınız yoxdursa, onda qeydiyyatdan keçmək lazımdır. Bunun üçün «Qeydiyyat» düyməsini basmaqla yeni istifadəçinin qeydiyyatı səhifəsi açılır (şəkil 2).
Şəkil 2. Qeydiyyat səhifəsi
Qeyd olunan xanaları müvafiq məlumatlarla doldurduqdan sonra «Qeydiyyatdan keç»düyməsinə basmaq lazımdır. Bundan sonra sistem elektron ünvanınıza qeydiyyatın təsdiqi üçün müvafiq link göstərilməklə bu məzmunda məktub göndərəcək:
Salam useruser1 (seçdiyiniz istifadəçi adı)
Ə.Əliyev ad. AzDHTİ-nin distant təhsil saytından qeydiyyatdan keçdiyinizə görə təşəkkür edirik. Qeydiyyatınızı başa çatdırmaq üçün aşağıdakı linki tıklayın.
htttp://d-lab.az/hti/az/user/confirm?confirm=7scUZon1jTVIVeAjY4Yg7t7nRbqXQL6u
Əgər link işləmirsə, linkin mətninin sürətini cıxartmaq və brauzerə daxil etmək lazımdır.
Linkı tıkladıqdan sonra brauzerdə belə bir pəncərə açılır (şəkil 3). Bu o deməkdir ki, siz qeydiyyatı müvəffəqiyyətlə təsdiq etdiniz və sistemə daxil ola bilərsiniz.
Şəkil 3. Qeydiyyatın təsdiqi səhifəsi
Sistemə daxil olmaq üçün «Daxil ol» düyməsini basmaq lazımdır ki, bundan sonra sistemə giriş pəncərəsi açılır (şəkil 4).
Şəkil 4. Sistemə giriş səhifəsi
Qeydiyyat zamanı seçdiyiniz istifadəçi adınızı və parolunuzu daxil etdikdən sonra sistem sizi avtorizə edir.bundan sonra siz özünüz haqqında əlavə məlumatı müvafiq xanalara daxil etməlisiniz.Əgər bu məlumatları sonadək daxil etməsəniz sınaqdan keçə bilməyəcəksiniz. Sınaqdan keçməyə cəhd etdikdə sistem sizi əvvəlki səhifəyə qaytaracaq və müvafiq xəbərdarlığı edəcək (şəkil 5).Öz səhifənizə keçmək üçün «Salam useruser2 (Salam istifadəçi)» düyməsini basmaq lazımdır.
Şəkil 5. İstifadəçi haqqında əlavə məlumat səhifəsi
Şəkil 6. Tam doldurulmuş məlumat
Bütün məlumatları daxil etdikdən və yaddaşda saxladıqdan sonra sınağa keçə bilərsiniz.Bunun üçün «Sınaq» düyməsini basmaq lazımdır. Bundan sonra siz ixtisasınız üzrə mövzuların siyahısı qeyd olunmuş səhifəyə keçəcəksiniz (şəkil 7). Hər mövzunun materialları orta hesabla 5 səhifədən ibarət olmaqla 3 yarımmövzuya bölünür və bu materiallarla tanış olduqdan sonra testlərdən keçə bilərsiniz.
Şəkil 7. Mövzunun seçilməsi səhifəsi
Siyahıdan seçdiyiniz mövzunun adına tıklamaqla siz yarımmövzular siyahısına düşürsünüz (şəkil 8).Yarımmövzuları ardıcıllıqla keçmək lazımdır.Yarımmöxzunu öyrənmək üçün yarımmövzunun adının yanındakı «Keçmək» düyməsini basmaq lazımdır.
Şəkil 8. Yarımmövzunu seçmək səhifəsi
Bundan sonra siz 5 səhifəyə bölünmüş materiallara keçirsiniz (şəkil 9). Materiallarla tanış olduqdan sonra siz testləmədən keşə bilərsiniz. Bunun üçün «Testi keçmək» düyməsinə basmaq lazımdır.
Şəkil 9. Materialların öyrənillməsi səhifəsi
Sistem sizdən testləri keçməyə hazır olduğunuzu soruşacaq (şəkil. 10).
Şəkil 10. Testlərı keçmək hazırlığının təsdiqi pəncərəsi
Hər bir yarımmövzuda cəmi 5 sual və hər bir sualın 5 cavabı qeyd olunmuşdur. Düzgün cavabı seçmək üçün sizə 10 dəqiqə vaxt verilir. (şəkil 11).
Şəkil 11. Testlərdən keçmə səhifəsi
Testlərdən keçməyi tamalamaq üçün səhifənin sonundakı «Test tamamlamaq» düyməsinə baxmaq lazımdır. Sistem sizdən testi həqiqətən bitirmək istəyiz haqda soruşacaq.sonuncu yarımmövzunu keçdikdən sonra testin nəticələrindən asılı olaraq testlərdən müvəffəqiyyətlə keçdiyiniz üçün təbriklər və ya teslərdən keçmədiyiniz haqda məlumatı görəcəksiniz (şəkil 12).
Şəkil 12. Seçilmiş mövzu üzrə keçdiyiniz testlərin nəticələri barədə məlumat
Аrxiv
Testlərdən keçməyiniz haqqında əvvəlki nəticələrinizə baxmaq üçün «Аrxiv» bölməsinə daxil ola bilərsiniz (şəkil 13).
Sual-cavab
Burada sistem haqqında ən çox verilən suallar və onların cavabları ilə tanış ola biilərsiniz.