Respublikamızda narkoloji xidmətin müasir vəziyyətinə həsr olunmuş dəyirmi masa keçiriləcəkdir 08.04.2016
Dünya ölkələri qarşısında duran ən mürəkkəb, sosial-iqtisadi, cinayət-hüquqi, mənəvi-psixoloji və tibbi cəhətdən mürəkkəb və çoxaspektli, ictimai təhlükəliliyi həddən artıq yüksək olan problemlərdən biri narkomanlıq və narkobiznesdir. Azərbaycanı da bu ölkələrin siyahısına əlavə etmək olar. Narkomaniyanın genişlənərək cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının sürətlə artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin sayının artması, əksər dövlətlərdə olduğu kimi, Azərbaycanda da ciddi narahatlıq doğurur. Bu səbəbdən də mövcud problemin həlli üçün yeni yollar axtarılır. Respublikamızda narkoloji xidmətin müasir vəziyyətinin müzakirəsi və bu sahədə yeniliklər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 11 aprel 2016-cı ildə keçiriləcək dəyirmi masada müzakirə olunacaqdır. Institutun rektoru professor N.A.Qasımovun sədrliyi ilə dəyirmi masada Respublika Narkoloji Mərkəzinin direktoru T.S.Məmmədhəsənov “Respublikada narkoloji xidmətin mövcud vəziyyəti və görülən işlər”, t.e.d.N.A.Əliyev “Psixoaktiv maddələrdən asılılığın medikamentoz müalicəsi”, A.A.Məmmədova “Narkologiyada əvəzedici terapiyanın tətbiqi təcrübəsi”, professor B.M.Əsədov “Respublika Narkoloji Mərkəzinin beynəlxalq əlaqələri barəsində məlumat”, t.e.d.T.Ə.Qafarov “Narkologiyada reabilitasiya tədbirlərinin beynəlxalq təcrübəsi” mövzularında çıxışlar edəcəklər.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|