Xocalıya ədalət 24.02.2016
1990-cı illərin əvvəlində Azərbaycan qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb və bunun nəticəsində bugün də torpaqlarımızın 20 faizi işğal altındadır. Müharibəyə gətirib çıxaran bu təcavüz 30 min insanın ölümünə, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün, minlərlə insanın isə itkin düşməsinə səbəb olub. Ermənistanın təcavüzü nəticəsində bir sıra cinayətlər törədilib, Xocalı şəhəri isə ən amansız və dəhşət dolu cinayətlərin qurbanı olubdur. Xocalı soyqırımı həm də öz həyatı naminə olsa belə qonşusunu, yaxınını, dostunu qırğınlardan müdafiə edən insanların mərdliyinin nümunəsidir. İyirmi üç ildən artıq müddət keçməsinə baxmayaraq, Xocalıda törədilən soyqırımına görə heç kəsin məsuliyyətə cəlb edilməməsi doğru hal deyildir.
Baş verənlərə görə cəzasızlıq regionda sülhün əldə edilməsinə və ədalətin bərpa olunmasına əsas maneədir. Cinayətkarların məsuliyyətə cəlb olunmasına, belə kütləvi vəhşilik və soyqırımının bir daha təkrarlanmaması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası əhəmiyyətli hadisələrdən biridir. Artıq Xocalıda ermənilərin törətdiyi soyqırımının beynəlxalq səviyyədə tanınması uğrunda başlanılmış kampaniya son illər bir sıra dövlətlər tərəfindən dəstəklənib. Eləcə də bir sıra ölkələrin qanunverici orqanları Xocalı soyqırımını tanıyıb. Bu, ədalətin bərpa olunacağına, günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümid yaradır.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektividə bütün Azərbaycan xalqı kimi Xocalı soyqırımının qurbanlarının xatirəsini daim yad edir. Fevralın 26-da, həmişə olduğu kimi, institutun bütün kafedra və klinikalarında səhər işə başlarkən bu faciəli gün, qətlə yetirilmiş soydaşlarımızın xatirəsi anilacaq və bir dəqiqəlik sükutla yad ediləcəkdir. Bundan başqa institutun əməkdaşları gün ərzində kafedraların yerləşdiyi müxtəlif klinik bazalarda keçiriləcək anım tədbirlərində iştirak edəcək, Xocalı soyqırımını törədənlərin layiqli cəzalarına çatmalarını tələb edəcəklər. Həmin gün institutun rekrorluğu və bütün kafedra müdirləri faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək və onların xatirəsinə ehtiramlarını bildirəcəklər.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|