Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

03.06.2026

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Təsərrüfat işləri üzrə prorektoru Röyal Süleymanovun hesabatı.
2. Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillşdirmə İnstitutunun Ümumi və Plastik Cərrahiyyə kafedrasının bazasında müstəqil fəaliyyət göstərəcək iki kafedranın: «Cərrahiyyə» kafedrasının və «Plastik və rekonstruktiv cərrahiyyə» kafedrasının yaradılması məsələsi.
3. Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillşdirmə İnstitutunun kafedralarının adlarının yeni redaktədə verilməsi məsələsi.
4. Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmillşdirmə İnstitutunun Plastik və rekonstruktiv cərrahiyyə klinikasının plastik-cərrahi əməliyyatlar üzrə «Qiymət cədvəli»nə daxil olmayan bəzi xidmətlərin odənişləri barədə.
5. Kafedra müdiri vəzifəsinə seçkilər:
5.1. Ailə təbabəti kafedrasının müdiri vəzifəsinə – Eldar Mürsəl oğlu Hətəm-zadə.
5.2. Oftalmologiya kafedrasının müdiri vəzifəsinə – Elmar Mustafa oğlu Qasımov.
6. Professor vəzifəsinə seçkilər:
6.1. Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının 0.5 vahid professoru vəzifəsinə – Nazim Adil oğlu Pənahov.
6.2. Məhkəmə təbabəti və patoloji anatomiya kafedrasının 0.5 vahid professoru vəzifəsinə – Ədalət Bəybala oğlu Həsənov.
6.3. Mamalıq və ginekologiya kafedrasının 0.25 vahid professoru vəzifəsinə – Mehman Ağaverdi oğlu Həmzəyev.
6.4. Ümumi və plastik cərrahiyyə kafedrasının 0.25 vahid professoru vəzifəsinə – Pərviz Akif oğlu Abbasov.
7. Çapa tövsiyə olunan əlyazmalar.

I məsələ üzrə Ə.Əliyev adına ADHTİ-nin təsərrüfat işləri üzrə prorektoru Röyal Süleymanov çıxış edərək institutun infrastruktur vəziyyəti və texniki risklərin qiymətləndirilməsi, yataqxana və sosial infrastruktur, maliyyə idarəçiliyi və qənaət siyasəti, təsərrüfat təminatı və texniki sistemlər, inventarizasiya və nəzarət mexanizmləri, kadr potensialı və idarəetmə istiqamətləri haqqında ətraflı məlumat verdi. O, strateji hədəflər və inkişaf istiqamətləri haqqında danışaraq infrastrukturun bərpasında dam örtüyünün əsaslı təmiri və bina təhlükəsizliyinin təmin edilməsi; inventar sistemin bütün aktivlərinin rəqəmsal qeydiyyatı və nəzarət mexanizminin qurulması; enerji müstəqilliyinə nail olub alternativ enerji mənbələrinin (günəş panelləri və s.) tətbiqi; yataqxananın bərpası məsələsində binanın məcburi köçkünlərin mərhələli şəkildə yeni yaşayış sahələrinə köçürülməsindən sonra əsaslı təmirin aparılması və istifadəyə verilməsinin qarşıda duran əsas vəzifələr olduğunu Elmi Şura üzvlərinin nəzərinə çatdırdı. Sonda prorektor Röyal Süleymanov qeyd etdi ki, hesabat dövrü ərzində mövcud çətinliklərə baxmayaraq, inzibati-təsərrüfat sahəsində mühüm nəticələr əldə olunmuş, xüsusilə klinikanın bərpası strateji uğur kimi qiymətləndirilə bilər. Bununla yanaşı, mövcud problemlərin sistemli xarakter daşıdığı nəzərə alınaraq, onların həlli üçün kompleks yanaşma, əlavə maliyyə dəstəyi və institusional islahatların həyata keçirilməsi zəruridir.
II məsələ üzrə Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahov çıxış edərək bildirdi ki, institutda aparılan struktur yenilənmələri, son illərdə plastik cərrahiyyə ixtisasına qoyulan tələblərin artması və institutun nəzdində ölkədə yeganə olan Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının olması ilə əlaqədar yeni Plastik və rekonstruktiv cərrahiyyə kafedrasının yaranmasına təlabat yaranmışdır. Ona görə də institutun Ümumi və Plastik Cərrahiyyə kafedrasının bazasında müstəqil fəaliyyət göstərəcək iki kafedranın: «Cərrahiyyə» kafedrasının və «Plastik və rekonstruktiv cərrahiyyə» kafedrasının yaranması haqqında qərar Elmi Şura üzvlərinin müzakirəsinə təqdim olunur.
Müzakirələrdən sonra həmin qərar təsdiq olundu.
III məsələ üzrə Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahov çıxış edərək bildirdi ki, son illərdə yeni ixtisasların yaranması və bir çox ixtisasların adlarında dəyişikliklərin olmasını nəzərə alaraq institutun bəzi kafedralarının adlarının yeni redaktədə verilməsi zərurəti yaranmışdır.
Müzakirələrdən sonra institutun “Şüa terapiyası kursu ilə şüa diaqnostikası” kafedrasının “Radiologiya”, ”Pedaqogika kursu ilə səhiyyənin təşkili və menecmenti” kafedrasının “Səhiyyənin təşkili və menecmenti”, “Ftiziatriya” kafedrasının “Pulmonologiya”, “Yoluxucu xəstəliklər” kafedrasının “İnfeksion xəstəliklər və kliniki mikrobiologiya”, ”Mikrobiologiya və epidemiologiya” kafedrasının “Tibbi mikrobiologiya və epidemiologiya”, “Patoloji anatomiya və məhkəmə tibbi-ekspertiza” kafedrasının “Məhkəmə tibbi-ekspertiza və patologiya” kimi adlarının redaktə olunması haqqında qərar təsdiq olundu.
IV məsələ üzrə Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahov çıxış edərək İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının plastik-cərrahi əməliyyatlar üzrə «Qiymət cədvəli»nə daxil olmayan bəzi xidmətlərin odənişləri barədə Elmi Şura üzvlərinə məlumat verdi.
Müzakirədən sonra «Qiymət cədvəli» təsdiq olundu.
Elmi şuranın gündəliyinin digər məsələləri olan kafedra müdiri vəzifəsinə seçkilər, professor vəzifəsinə seçkilər və çapa tövsiyə olunan əlyazmaların təsdiq olunması üzrə müzakirələr getdikdən sonra müsbət qərar qəbul edilmişdir.
Bununla da Elmi Şura öz işini başa çatdırdı.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu