1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01.06.2026

Hər il dünyada 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir. 2026-cı il 1 iyun tarixində Respublika Pediatriya Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd Uşaq Nevroloji Xəstəxanasında müalicə alan uşaqların asudə vaxtının səmərəli təşkili, onların psixoloji dəstəklənməsi, eləcə də tibb işçilərinin peşəkar inkişafına töhfə verməklə pediatrik xidmətlərin keyfiyyətinin artırılmasına dəstək göstərmək olub. Tədbirdə Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının müdiri, professor Rəqsanə Məmmədova və kafedranın assistenti Erkin Rəhimov iştirak edərək, uşaqların sağlamlığının qorunmasında pediatrların rolu və pediatrik xidmətlərin inkişafının əhəmiyyəti barədə geniş məlumatlarla çıxış etdilər.
Həmin gün Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasında ixtisasartırma kursunda iştirak edən müdavimlərə də seminar keçirildi. Seminarda kafedranın dosenti Mətanət Qaraxanova BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya”sında yer alan uşaqların sağlamlığı, müdafiəsi, inkişafı hüquqlarına dair təqdimatla çıxış etdi. O xüsusi qeyd etdi ki, uşaq hüquqlarının pozulması hallarında pediatrlar uşaqların sağlamlığını mühafizə edən mütəxəssislərdir və həmin hüquqların qorunmasında fəal iştirak etməlidirlər.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu