ELAN! | Ə.Əliyev adına ADHTİ-nin kardiologiya kafedrasında keçiriləcək yeni kursa dəvət olunursunuz 25.05.2026
01-20 iyun 2026-cı il tarixlərində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrası tərəfindən “Davamlı təhsil, davamlı təlim” devizi altında həkimlərimizin bilik və bacarıqlarını artırmaq məqsədilə təşkil edilən “İrəli səviyyə Exokardioqrafiya” kursu keçiriləcəkdir. Kurs müddətində praktiki və nəzəri biliklərin inkişafına yönəlik real klinik halların müzakirəsi aparılacaq və müasir diaqnostik metodların tətbiqi öyrəniləcəkdir.
Kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunmuş və iştirakçılar 84 DTT balı alacaqlar. Həmçinin iştirakçılara kursların sonunda dəyərləndirmədən sonra Ə.Əliyev adına ADHTİ tərəfindən rəsmi sertifikat veriləcəkdir. Müdavimlərə nəzəri dərslər iş saatlarından sonra, praktik dərslər isə, əyani təcrübə qazanmaları və praktik bacarıqlara yiyəlnmələri üçün, iş saatlarında həyata keçiriləcəkdir.
Kursda iştirak etmək üçün rəsmi kardioloq kimi fəaliyyət göstərən həkimlər qeydiyyatdan keçə bilərlər.
Kursların keçirilmə vaxtı: saat 13:00 – 19:00.
Ətraflı məlumat: +99470 614 36 01
Yer sayı məhduddur – gecikmədən qeydiyyatdan keçin.
|
|
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.
|
ELEKTRON KURSLAR
Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları
COVİD-19
Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər
PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ
TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|