8-10 aprel 2026-cı il tarixlərində Bakıda Pediatriya Dərnəyinin I Milli Konqresi keçirildi. Tədbirdə yerli məruzəçilərlə yanaşı Türkiyədən dəvət edilən mütəxəssislər də çıxış etdilər.
8 aprel 2026-cı il tarixində pediatriyanın aktual problemlərinə həsr edilən kurslar keçirildi - "Yenidoğulmuşlarda tez-tez rast gəlinən təcili hallar", "Uşaqlarda dəri problemlərinə yanaşma", "Hədəfə yönəlik antimikrob müalicələr".
9-10 aprel 2026-cı il tarixlərində isə 2 salonda parallel olaraq pediatriyanın müxtəlif bölmələrinə həsr olunmuş panellər baş tutdu. "Uşaq cərrahiyyəsi" panelində pediatriya kafedrasının dosenti Nigar Hacıyeva "Qəbizlik nəyin maskası ola bilər?" təqdimatı ilə çıxış etdi.
Kafedranın müdiri, professor Rəqsanə Məmmədova “Ümumi pediatriya” panelində, kafedranın assistenti Erkin Rəhimov isə “Metabolizm” panelində moderator oldular.