06-08 aprel 2026-cı il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hibrid formada keçirilən 5th International Dental, Advanced Dentistry, Oral Health Conference & Exhibition stomatoloji mütəxəssislər üçün əhəmiyyətli bir tədbir oldu. Həmin konfranslar stomatologiya və ortodontiya sahəsində ən son elmi yeniliklərin, müasir diaqnostika və müalicə yanaşmalarının müzakirə olunduğu nüfuzlu beynəlxalq platforma sayılır.
Beynəlxalq konfransda Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ortodontiya kafedrasının dosenti Orxan Qasımov məruzə ilə onlayn çıxış etdi. Əməkdaşımızın çıxışı iştirakçılar tərəfindən maraqla qarşılandı, mövzu ətrafında müzakirə aparıldı.
Belə beynəlxalq tədbirlərdə iştirak ölkəmizdə ortodontiya elminin inkişafında, elmi bilik və təcrübə mübadiləsinin genişlənməsində mühüm rol oynayır.