Ə.Əliyev adına ADHTİ-nin ortodontiya kafedrasında müasir tədris və rəqəmsal planlaşdırma metodlarından istifadə olunur

04.04.2026

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ortodontiya kafedrasında yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə tədris prosesinin müasir standartlara uyğun təşkili və innovativ rəqəmsal texnologiyaların tətbiqi prioritet istiqamətlərdəndir.
Bu baxımdan Dolphin Imaging (versiya 12) proqramının istifadəsi xüsusi əhəmiyyət daşıyır. Proqram vasitəsilə yan və frontal sefalometrik rentgenlərdə dəqiq ölçmələr aparılır, modellərin analizi həyata keçirilir və Treatment Simulation funksiyası ilə müalicənin yekun nəticələri əvvəlcədən proqnozlaşdırılır.
Aparılan ölçmələr əsasında dişlərin çəkilməsi ilə və ya diş çəkimi olmadan ortodontik müalicə variantlarının seçilməsi mümkündür. Eyni zamanda ortoqnatik cərrahiyənin planlaşdırılması, skelet və yumşaq toxuma dəyişikliklərinin əvvəlcədən qiymətləndirilməsi və əməliyyat sonrası nəticələrin vizuallaşdırılması imkanı yaradılır.
Bu yanaşma həkimə müxtəlif müalicə planlarını müqayisə etməyə və seçilmiş metodun üstünlüklərini pasiyentə aydın şəkildə izah etməyə imkan verir. Tədris prosesi yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmır, eyni zamanda rezident və müdavimlərin praktik bacarıqlarının və klinik düşüncə tərzinin inkişafına yönəldilir ki, bu da düzgün diaqnozun qoyulması və optimal müalicə planının seçilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu