
Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə akademik Cəmil Əziz oğlu Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Uzun illərdir həm də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasına rəhbərlik edən hörmətli akademikin institutumuzun inkişafında əvəzedilməz rolu vardır.
Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Pənahov başda olmaqla institutun bütün kollektivi görkəmli elm xadimi və səhiyyə təşkilatçısı akademik Cəmil Əziz oğlu Əliyevi yüksək dövlət mükafatı almaq münasibətilə təbrik edir, ona can saglığı, ölkəmizdə tibb elmi və səhiyyənin inkişafı naminə görəcəyi işlərdə uğurlar arzulayır.