Müdavimlərə cərrahi əməliyyatlar canlı yayında interaktiv dərs metodlarından istifadə etməklə nümayiş etdirilir
03.03.2026
Düz bağırsaq törəmələrinin cərrahi müalicəsində ən müasir yöntəmlərdən olan Transanal Minimal İnvaziv Cərrahiyyə (TAMİS) xəstəlikdən azad olmaqla yanaşı orqan qorumağa imkan verir. Ənənəvi əməliyyat üsullardan fərqli olaraq düz bağırsaq qorunduğu üçün xəstələrin həyat keyfiyyəti pozulmur və funksiyalar qorunmuş olur. Əməliyyat üçün xüsusi avadanlıq və dar sahədə cərrahi təcrübə lazımdır. Bu əməliyyatlar 2018-ci ildən Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun klinik bazası olan Respublika Diaqnostika Mərkəzində icra olunur. Bura ətraf region ölkələri də daxil olmaqla ilk və yeganə TAMİS mərkəzidir.
Həmin əməliyyatlar içra olunan zaman əməliyyatın gedişi Ə.Əliyev adına ADHTİ-nin ümumi və plastik cərrahiyyə kafedrasında tədris keçən müdavimlərə canlı yayında nümayiş etdirilir, bu zaman əmliyyat aparan cərrahla interaktiv sual-cavab etmək imkanı da olur. Növbəti TAMİS əməliyyatı kafedranın assistenti, Avropa (ESCP) və Türkiyə (TKRCD) kolorektal cərrahi dərnəklərinin Azərbaycan üzrə milli təmsilcisi İlqar İsmayılov tərəfindən icra olundu və müdavimlər üçün canlı yayında nümayiş etdirildi. Bu zaman əməliyyat zamanı ünvanlanan suallar cərrah tərəfindən ətraflı şəkildə cavablandırıldı.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.