Ə.Əliyev adına ADHTİ-nin yoluxucu xəstəliklər kafedrasında müdavimlərə antibiotiklərə rezistentlik probleminin həlli yolları öyrədilir
24.02.2026
Hazırkı dövrdə antibiotiklərə rezistentlik problemi bütün dünyada çox aktualdır. Müxtəlif lokalizasiyalı infeksion proseslər zamanı düzgün antibiotik seçimi olduqca əhəmiyyətlidir. Antibiotiklərin empirik təyinindən sonra bioloji materialda əldə edilən mikroorqanizm növləri və onların həssaslığının düzgün təyin olunması, bunun əsasında eskalasion terapiya prinsipi ilə təyin olunmuş geniş spektrli digər antibiotiklərin lüzumsuz istifadəsinin qarşısını alır. Sonucda isə həm müalicə məsrəfləri azalır, ən əsası isə rezistent mikrobların əmələ gəlməsinin qarşısı alınır.
Bir çox tibb müəssisələrində mikroorqanizmlərin antibiotiklərə həssaslığı ənənəvi olaraq disk-diffuziya metodu ilə təyin olunur. Lakin infeksion xəstəliyin konkret törədicisinin hər hansı bir tədqiq olunan antibiotikə nə qədər həssas və ya davamlı olmasının kəmiyyət üsulu ilə təyini, daha doğrusu antibiotikin törədicini minimal ingibisiya edən konsetrasiyasının (MİK) təyini metodu daha informativ olub həkimə konkret klinik situasiyada daha doğru qərar verməyə kömək edir. Bu metodun klinik praktikada tətbiqi bir tərəfdən həkimdən xüsusi bilik və bacarıqlar, digər tərəfdən isə müvafiq avadanlığın olmasını tələb edir. Qeyd olunan metod hazırda çox azsaylı klinikalarda əlçatandır.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının klinik bazası olan Baku Medikal Plazada bu metod tədris prosesində praktik məşqələlər zamanı rezidentlərə və ixtisasartırma kurslarında iştirak edən müdavimlərə real pasiyentlərdə istifadə olunan zamanı nümayiş etdirilir. Whiting cihazı ilə hərarəti olan pasiyentlərdən götürülmüş müxtəlif bioloji materialda xəstəliyin antibiotikə həssaslığının MİK dəyərləri təyin edilir və alınmış nəticələrin interpritasiyası və xüsusən antibiotik rejimlərinin seçilməsi prinsipləri müdavimlərə bilavasitə praktikada tədris olunur.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.