Pediatriya kafedrasında “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici seminarlar keçirilib

13.11.2026


Uşaqların fiziki və mənəvi cəhətdən sağlam, hərtərəfli inkişaf etmiş və cəmiyyət üçün faydalı şəxsiyyətlər kimi yetişdirilməsi dövlətlə yanaşı, cəmiyyətin hər bir üzvünün üzərinə mühüm vəzifələr qoyur. Bu baxımdan uşaq hüquqlarının qorunması, onların hüquq və azadlıqlarının təşviqi, eləcə də bu sahədə ictimai maarifləndirmənin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi və təşviqi məqsədilə Azərbaycanda hər il 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan olunur. Bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aidiyyəti dövlət qurumlarına və təşkilatlara müraciət edərək onları “Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlərə qoşulmağa, uşaq hüquqlarının müxtəlif aspektləri üzrə araşdırmalar aparmağa, maarifləndirmə və təşviqat tədbirlərinin təşkilinə dəstək göstərməyə çağırmışdır.
Ombudsmanın bu çağırışına dəstək olaraq, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası tərəfindən aylıq çərçivəsində bir sıra maarifləndirici seminarlar təşkil edilmişdir. Belə ki, müvafiq dövrdə keçirilən ixtisasartırma kursları zamanı, eləcə də Respublika Pediatriya Mərkəzinin Yasamal Uşaq Klinik Xəstəxanasında və Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müdavimlər, həkimlər və rezidentlər üçün “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda seminarlar keçirilmişdir.
Seminarlarda kafedranın dosenti Mətanət Qaraxanova təqdimatlarla çıxış edərək pediatrların peşə fəaliyyətində uşaq hüquqlarının qorunmasının əhəmiyyətindən, uşaqların hüquqlarının təmin olunmasında tibb işçilərinin məsuliyyət və vəzifələrindən, habelə bu sahədə həkimlərin rolundan bəhs etmişdir.
Tədbirlərdə uşaq hüquqlarının müdafiəsinin yalnız hüquqi deyil, həm də mühüm tibbi və sosial məsuliyyət olduğu vurğulanmış, pediatrların gündəlik peşə fəaliyyətində uşaqların hüquqlarına həssas yanaşmasının və bu istiqamətdə məlumatlılığının artırılmasının vacibliyi diqqətə çatdırılmışdır.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu