ELAN! Ə.Əliyev adına ADHTİ-də “Eksperimental Ürək Transplantasiyası” mövzusunda elmi-praktik tədris sessiyası keçiriləcək

03.11.2026


Azərbaycanda ilk dəfə insan ürəyinin köçürülməsi əməliyyatı 31 oktyabr 2025-ci ildə həyata keçirilib. Əməliyyat Bakıda, Mərkəzi Klinikada professor Kamran Musayevin rəhbərliyi ilə aparılıb. Beyin ölümü təsdiqlənmiş donorun ürəyi 19 yaşlı gəncə köçürülüb. Bu, həm Azərbaycanda, həm də Cənubi Qafqazda ilk uğurlu donor ürək transplantasiyası olub.
Ümummilli Lider Heydər Əliyev 3 avqust 1997-ci ildə ABŞ-ın Hyüston şəhərində məşhur ürək cərrahı Mişel Debeyki ilə görüşərkən dünyada ilk ürək transplantasiyasını xatırladaraq belə demişdir: “Bu, bizim üçün möcüzə idi ki, ürəyi köçürmək olarmı?” Burada söhbət dünyada ilk dəfə 3 dekabr 1967-ci ildə Cənubi Afrikada Kristian Barnardın həyata keçirdiyi ürək transplantasiyasından gedirdi. Bununla bağlı Azərbaycanda orqan transplantasiyasının hüquqi əsaslarının formalaşmasında 28 oktyabr 1999-cu ildə qəbul edilmiş “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanun mühüm rol oynamışdır. Sonrakı mərhələdə bu sahənin hüquqi tənzimlənməsi təkmilləşdirilmiş və 20 oktyabr 2020-ci ildə qəbul edilmiş yeni “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun 1 yanvar 2022-ci ildən qüvvəyə minmişdir.
Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunmuş elmi-praktik tədris sessiyası 6 noyabr 2026-cı il tarixində Ə.Əliyev adına ADHTİ-də keçiriləcək.
Elmi-praktik tədris sessiyası Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbir çərçivəsində heyvan modeli üzərində eksperimental ürək transplantasiyasına həsr olunmuş elmi-praktik təlim təşkil ediləcək. Heyvan modeli üzərində nəzəri və praktik təlimin əsas təlimçiləri Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev və Cəmiyyətin sədri, ürək-damar cərrahı Ramil Əliyev olacaqlar.
Elmi-praktik sessiya çərçivəsində ürək transplantasiyasının müasir elmi əsaslarına, cərrahi prinsiplərinə və eksperimental tədqiqatlarda tətbiqinə həsr olunmuş nəzəri və praktik təlim keçiriləcək.
Həkim və rezidentlərin iştirakı ilə keçiriləcək sessiyanın əsas məqsədi nəzəri biliklərin praktik müşahidə ilə əlaqələndirilməsi, cərrahi yanaşmaların öyrənilməsi və peşəkar elmi müzakirə mühitinin yaradılmasıdır.
Tədbirin nəzəri hissəsində ürək transplantasiyasının fizioloji, immunoloji və cərrahi aspektləri, müasir nailiyyətlər və mövcud problemlər müzakirə ediləcək.
Praktik hissədə isə heyvan modeli üzərində həyata keçirilən ürək transplantasiyası əməliyyatı böyük ekranda nümayiş etdiriləcək və prosedurun əsas mərhələləri mütəxəssislər tərəfindən şərh ediləcək.






Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu