Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti Koreya Respublikasında keçirilən Ənənəvi Koreya Təbabəti Siyasəti üzrə Təlim Proqramında iştirak edib.
Təlimin çərçivəsində Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitut (NIKOM) ilə Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum ənənəvi təbabət sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, elmi-tədqiqat və təhsil sahələrində əməkdaşlığın inkişafı, tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması üçün yeni imkanlar yaradacaq.
Tədbir çərçivəsində ənənəvi Koreya təbabəti sahəsində dövlət siyasəti, təhsil sistemi, klinik təcrübə və keyfiyyətin idarə olunması mexanizmləri ilə tanışlıq olub, həmçinin müvafiq tibb müəssisələrinə və ixtisaslaşmış mərkəzlərə səfərlər baş tutub.
Təlim proqramı Azərbaycan və Koreya Respublikasının səhiyyə qurumları arasında əlaqələrin möhkəmləndirilməsinə və qabaqcıl təcrübənin öyrənilməsinə töhfə verəcək.