ELAN! Ümumdünya Tibb Təhsili Federasiyasının (WFME) qiymətləndiricilər qrupunun üzvü, professor Hossam Hamdy Ə.Əliyev adına ADHTİ-da keçiriləcək beynəlxalq elmi seminarda əsas məruzəçi olacaq

17.10.2026

28 oktyabr 2026-cı il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "Süni intellekt dövründə səhiyyə mütəxəssislərinin təhsili" mövzusunda beynəlxalq elmi seminar keçiriləcəkdir. Seminarda süni intellekt dövründə səhiyyə mütəxəssislərinin hazırlanması. səhiyyə və tibb təhsili ekosistemlərində sürətli transformasiyaya uyğunlaşma, inteqrasiya olunmuş peşələrarası yanaşma ilə yanaşı Total Access, Boards & Beyond (video əsaslı təlim) və Clinical Reasoning (klinik mühakimə) platformaları haqqında məlumatlar veriləcək, qarşıya çıxan problemlərin həlli yolları göstəriləcəkdir. Elmi seminarın əsas məruzəçisi tibbi təhsil üzrə dünyaca məşhur alim, Ümumdünya Tibb Təhsili Federasiyasının (WFME) qiymətləndiricilər qrupunun üzvü, Yaxın Şərq ölkələrində bir sıra universitet və tibb kolleclərinin əsasını qoymuş və onlara rəhbərlik etmiş professor Hossam Hamdy olacaq.
Respublikanın tibb, elm və təhsil müəssisələrinin əməkdaşları elmi seminarda iştirak etməyə dəvət olunurlar.

Ünvan: AZ1012, Bakı şəhəri, Müzəffər Həsənov küçəsi, 35.
Ə.Əliyev adına ADHTİ-nin akt zalı.





Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

COVİD-19


Koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr, xəbərlər, prezentasiyalar, koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər




PREVENTİV TƏDBİRLƏR, MÜALİCƏ PRİNSİPLƏRİ

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant təhsil proqramı fəaliyyətdədir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərindən video-mühazirələr


FƏXRLƏRİMİZ









FAYDALI LİNKLƏR
   


ELEKTRON KITABLAR




Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu