
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu 21–27 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək. Sərgi çərçivəsində ziyarətçilər institutumuza məxsus stenddə əməkdaşlarımızın elmi-tədris nəşrləri ilə tanış ola biləcəklər. Həkimləri, elmi tədqiqatçıları, tələbələri və tibb elminə maraq göstərən bütün oxucuları stendimizə dəvət edirik.
Hamını Bakı Ekspo Mərkəzində pavilyon 1-də yerləşən 103 nömrəli stenddə gözləyirik!