Ə. Əliyev adına ADHTİ-də yeni tədris kurslarının ilk dərsləri Əziz Əliyevin həyat və fəaliyyətinə həsr olunur
29.09.2026
Azərbaycan Respublikasının Prezidenti tərəfindən görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illik yubileyinin qeyd edilməsi ilə bağlı verilmiş tapşırıqlara uyğun olaraq, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yubiley tədbirləri çərçivəsində silsilə tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində institutda hər yeni tədris kursunun ilk dərsi görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı Əziz Əliyevin həyat və fəaliyyətinin öyrənilməsinə həsr olunur. Həmin dərslərdə müdavimlərə Əziz Əliyevin zəngin və çoxşaxəli ictimai, dövlət və elmi fəaliyyəti, Azərbaycan səhiyyəsinin inkişafında göstərdiyi misilsiz xidmətlər, tibb elminin və tibbi təhsilin inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat verilir.Xüsusi diqqət Əziz Əliyevin institutun yaranması, formalaşması və inkişafındakı mühüm xidmətlərinə yönəldilir. Onun rəhbərliyi və təşəbbüsləri ilə institutun elmi-pedaqoji fəaliyyətinin təşkili, həkimlərin ixtisasının artırılması və peşəkar kadr hazırlığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş mühüm işlər müdavimlərin diqqətinə çatdırılır.
İlk dərslərin keçirilməsində əsas məqsəd Əziz Əliyevin zəngin irsinin və çoxşaxəli fəaliyyətinin həkimlərə çatdırılması, onun Azərbaycan səhiyyəsinin inkişafında və tibb təhsilinin formalaşmasında oynadığı mühüm rolun təbliğ edilməsi, həmçinin institutun kollektivində və müdavimlər arasında bu görkəmli şəxsiyyətin irsinə ehtiramın daha da möhkəmləndirilməsidir.
Əziz Əliyevin həyat və fəaliyyətinin öyrənilməsinə həsr olunan bu dərslər onun Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinin gənc tibb mütəxəssislərinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!
İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.